Mən niyə istefa verdim... - Rəvanə Asiman yazır
2 illik ucqar kənd məktəbində işləməyimin xülasəsi və istefa ərizəm...
İş müsahibəmdə xanım mənə belə bir sual vermişdi: "Məktəb rəhbərliyindən biri sizi təhqir etsə, reaksiyanız necə olar? " Cavabımı vermişdim, müsahibədən də keçmişdim, ancaq beynimdə bir sual insan kimi oturmuşdu, mənlə danışırdı. Məgər məktəb rəhbərliyində elə səviyyədə insan ola bilərmi?
Gənc müəllimlər ümidlərlə məktəbə təcrübə qazanmağa gedir. Məndə 2 il 20 ilə bərabər oldu. Çox təəssüf ki, mənfilər çox oldu, mən onlardan dərs aldım.
2 il ərzində müəllimlik edə bildimmi, bunu şagirdlərim bilər, mən onu bilirəm ki, təkcə əlimdən gələni deyil, ürəyimdən gələni də etdim və vicdanım rahatdır. Müəllimlikdən ziyadə cahilliklə savaşdım. Ən məyusedici tərəf isə diplomlu cahillərlə. Bir neçə nümunəni yazacağam:
Direktor mənə sual verir: Siz uşaqlara niyə kitab oxudursunuz ki?
Tərbiyə işləri üzrə müavin vulqar və təhqiredici üslubda danışır.
Kitabxana kartları pulla satılır və kitabxana açılmır. Gündə sadəcə 15 dəqiqə açıq olurdu.
Odun sobasını yandıran xala belə vəzifəsini icra etmir.
Müəllim dərsə içkili halda girir.
Şagirdlərə dərman paylanılır və bu heç kəsi narahat etmir.
Əlbət, vəzifəm deyildi, lakin hamısının işinə qarışdım. Reaksiya verdim, lazım gəldi dalaşdım. 10 dəfəyə yaxın Təhsil Nazirliyi və Təhsil Şöbəsinə yazılı və şifahi şikayətimi bildirdim. Demək olar ki, hamısı nəticəsiz qalırdı. Təhsil Nazirliyinə göndərdiyim ərizə çap şəklində çıxarılıb məktəbə gətirildi və son nəticədə mən xəbərçi oldum, yoxlama belə nəticəyə gəldi ki, məktəb ailədir, ailənin sirri kənara çıxmaz.
Bir şikayətimdə Tərbiyə üzrə müavinin vəzifəsini icra etmədiyini qeyd etmişdim, yoxlama isə həmin müəllimdən mənim necə işlədiyimi soruşdu. O isə 9-cu siniflərə dərs keçmədiyimi dedi. Halbuki o mənim dərsimdə bir dəfə belə iştirak etməmişdi. Mən iradımı bildirdikdə isə: vəzifəsini icra edib mənə "tərbiyə" verəcəyini dedi. 2 illik savaşımda bir dəfə də olsa, əzildiyimi hiss etməyən mən sinif otaqlarının birinə girib hönkür-hönkür ağladığımı xatırlayıram, hələ də o stresi yaşayıram.
Bəli, müsahibədəki həmin xanımın subliminal mesajı idi. Təhqir olunmuşdum...
Digər Xəbərlər
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
18 Sentyabr 2026 15:37
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
18 Sentyabr 2026 10:24
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20


Bakı -°C

