07 Dekabr 2023 13:23
3974
MEDİA

MƏNİM YOL YOLDAŞIM «YURD FM»

Mən adətən radioya maşında olanda, uzaq səfərə yola  çıxanda  qulaq asıram.  Hər özəl radionun da özəl  musiqi  proqramı var, amma  həmin musiqiləri  sevmirəm, ürəyimə  yatmır, çığır-bağır, nə  bilim  rep-filan. Ona görə də  çox vaxt sevdiyim sənətkarların  disklərini  götürərəm, yolboyu qulaq  asaram. Xüsusilə də Rəmişi, Qədir Rüstəmovu, Vaqif Musiafazadəni, Akif İslamzadəni, Sabir Mirzəyevi, Arif Babayevi.

Amma son zamanlar dostlar dedi ki, bir maraqlı  radio kanalı var, orda  klassik musiqiləri, muğamları, unudulmaqda olan sənətkarları  səsləndirirlər. 

Beləcə, «Yurd FM» artıq  uzun müddətdir ki,  mənim yol yoldaşımdır. 

«Yurd FM» dalğasında

Havalansın muğam səsi. 

Bu kanalın rəhbərliyinə, əməkdaşlarına, redaktorlarına təşəkkür edirəm. Sizinlə yol yoldaşı olmaq çox xoşdur. Həmişə yol yoldaşım olasınız. 


Aqil ABBAS