adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Mart 2024 13:21
1518
ŞOU-BİZNES

Məşhur müğənni Rusiya vətəndaşlığı aldı

Ukrayna əsilli rusiyalı müğənni Lyubov Uspenskaya Rusiya vətəndaşlığı alıb.

Adalet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Artıq vətəndaşlığımı bayram etmişəm. Və mən xoşbəxtəm ki, indi belə böyük dövlətin vətəndaşıyam. Mən Rusiyanı həmişə sevmişəm və düşünürəm ki, arzum gerçəkləşib”, - Uspenskaya bildirib.

Qeyd edək ki, Lyubov Uspenskaya 1954-cü ildə Kiyev şəhərində anadan olub.