Messinin qol vurduğu matçda Argentina İordaniyanı məğlub edib - YENİLƏNİB
Futbol üzrə dünya çempionatının Argentina İordaniyaya qalib gəlib.
Adalet.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
Argentinanın heyətində Covani Lo Çelso (18), Lautaro Martines (31) və Lionel Messi (80) fərqləniblər. İordaniyanın yeganə qolu isə Musa al-Tamarinin (55) aktivinə yazılıb.
Bu nəticənin ardından Argentina qrupunu 9 xalla lider kimi başa vurub. Xalı olmayan İordaniya isə mundialla vidalaşıb. Cənubi Amerika təmsilçisinin 1/16 final mərhələsindəki rəqibi Kabo-Verde olacaq.
Qeyd edək ki, bu matçla eyni vaxtda keçirilən Əlcəzair - Avstriya oyunu ilə birlikdə DÇ-2026-nın qrup mərhələsinə yekun vurulub.
07:45
Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyununda dördüncü qol vurulub.
Adalet.azı-ın məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 3:1.
80-ci dəqiqədə Lionel Messi cərimə zərbəsini dəqiq yerinə yetirib.
07:21
Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyununda üçüncü qol vurulub.
Adalet.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında İordaniya buraxılan qollardan birinin əvəzini çıxıb - 1:2.
55-ci dəqiqədə Musa al-Tamari fərqlənib.
07:08
Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyununda ikinci yarı start götürüb.
Adalet.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabda öndədir - 2:0.
Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.
06:52
Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyununda ilk yarı yekunlaşıb.
Adalet.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabda öndədir - 2:0.
Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.
06:33
Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyununda ikinci qol vurulub.
Adalet.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 2:0.
31-ci dəqiqədə Lautaro Martines penalti zərbəsini dəqiq yerinə yetirib.
06:21
Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyununda ilk qol vurulub.
Adalet.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabı açıb - 1:0.
19-cu dəqiqədə Covani Lo Çelso cərimə zərbəsini dəqiq yerinə yetirib.
06:01
Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyunu başlayıb.
Adalet.az-ın məlumatına görə, J qrupunun III turunun matçı Dallas stadionunda keçirilir.
Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.
Digər Xəbərlər
28 Iyun 2026 15:19
Harri Keyn Ronaldonun rekordunu geridə qoydu
28 Iyun 2026 13:14
Həmin oyundan sonra istefa verəcəyini açıqladı
28 Iyun 2026 11:20
DÇ-də 1/16 finalın bütün cütləri bəlli oldu - Siyahı
28 Iyun 2026 09:55
Messi DÇ-nin bombardiri oldu
28 Iyun 2026 08:02
Əlcəzair - Avstriya matçında məhsuldar heç-heçə qeydə alınıb - YENİLƏNİB
28 Iyun 2026 05:35
Özbəkistana qalib gələn Konqo tarixində ilk dəfə pley-offa yüksəlib - YENİLƏNİB
28 Iyun 2026 05:31
Kolumbiya K qrupunu birinci, Portuqaliya ikinci sırada tamamlayıb - YENİLƏNİB
27 Iyun 2026 18:30


Bakı -°C

