Mətbuatda və mətbuatşünaslıqda Qərənfil Dünyaminqızı imzası

Tariximizin, ictimai-siyasi, ədəbi-mədəni həyatımızın ən mühüm hadisələrindən biri olan milli mətbuatın intişarı və formalaşması XIX əsrin ortalarına təsadüf etsə də, KİV tarixinə, inkişaf mərhələlərinə, yaradıcılarının həyat və fəaliyyətinə, mətbuatın toxunduğu mövzuların, problemlərin, janrların, mətbu materialların dili, üslubu, sənətkarlıq xüsusuyyətlərinin araşdırılmasına, bir sözlə, mətbuatşünaslıq haqqında ilk materiallara XX əstin əvvəllərində rast gəlinir. Bu gün mətbuatşünaslığın keçdiyi yola nəzər salmaq, onu peşəkarlıqla yeni tələblər baxımından tədqiq və dəyərləndirmək aktualdır, əhəmiyyətlidir. Bu baxımdan uzun illər elmi-pedoqoji fəaliyyətlə məşgul olan, səriştəli publisit, tədqiqatçı, Əməkdar jurnalist Qərənfil Dünyaminqızının(Quliyeva)fədakar fəaliyyəti təqdirəlayiqdir.
Sahənin yeni, mövcud araşdırmaların pərakəndə, sistemsiz olması, eyni zamanada sovet hakimiyyəti illərində sinfi xarakter daşıması, rejimə və kommunist idologiyasına bağlılığı tədqiqatçının daha da ciddi və məsulliyyətli işləməyə sovq etmişdir. Onun axtarışlarında mənbələrin, məxəzlərin zənginliyi, eyni zamanda tədqiqatçı tərəfindən onların uğurla ümumiləşdirilməsi, təsnif, təhlil edilməsi, obyektiv dəyərləndirilməsi, maraqlı elmi-nəzəri qənaətlər hasil etməsi diqqəti daha çox cəlb edir. Azərbaycan mətbuat tarixinin görkəmli tədqiqatçısı Şirməmməd Hüseynov gənc araşdırmaçılara tələbkar, prinsipial, eyni zamanda qayğıkeş münasibəti ilə yaddaşımda qalıb. Bir dəfə o söhbət zamanı mətbuat tariximizin araşdırılması problemi ilə bağlı danışanda dedi ki, Qərənfil Dünyaminqızı kafedramızda çalışdığı ilk vaxtlardan hiss etdim ki, o, istedadlı və zəhmətkeş tədqiqatçıdır. Gənc alim ilk araşdırmaları ilə diqqətimi çəkmişdi, Qərənfilin ən böyük üstünlüyü isə ilkin məbələrlə işləmək həvəsində, marağında, faktları toplamaq bacarığında idi. Mən ona və digər gənclərə təklikdə və kafedramızın iclaslarında daha dərindən, sistemli araşdırma aparmağın, müqayisəli təhlillərə diqqət yetirnəyin, mövcud tədqiqat materiallarına münasibət bildirməyin, tədqiqat prosesində ümumiləşdirmələr artırmağın vacibliyi barədə tövsiyələrimi verirdim. Qısa müddətdən sonra Qərənfil Dünyaminqızının araşdırmalarında bu cəhətləri görməyim, əlbəttə, məni məmnun edir və sevindirirdi.Əməkdar jurnalist Flora Xəlilzadə Q. Quliyeva haqqında qələmə aldığı “Zəhmət dəyərləndirilər, yozulmaz” adlı məqaləsində dələyaqət, dəyanət mücəssiməsi professor Şirməmməd Hüseynovun Q. Dünyaminqızının bu sahədəki fədakarlığını həmişə yüksək dəyərləndirdiyini və tədqiqatlarını təqdir etdiyini xüsusi vurğulayır.
Q.Dünyaminqızının mətbuat tarixi ilə bağlı ilk və uğurlu axtarışları Azərbaycan Xalq Cümhuriyyətinin mətbuatı haqqında olmuşdur. Onun bu istiqamətdəki fəaliyyəti çox sayda elmi məqaləsinin və “Cümhuriyyat dövründə Аzərbaycan mətbuatı (1918-1920-ci illər)” adlı monqrafiyasının ərsəyə gəlməsi ilə əlamətdar olmuşdur. Filologiya elmləri doktoru Şamil Vəliyev Qərənfil Dünyaminqızının adı çəkilən monoqrafiyasına yazdığı ön sözdə müəllifin tədqiqatçılıq məharətini, intelletual səviyyəsini yüksək dəyərləndirirvə yazır: “... gеrçəklərə müasir müstəqillik işığında aydınlıq gətirməsi, tədqiqatlarında irs- varislik əlaqlərinəəsaslanması vəözünün müəllif mövqeyiniifadə etməsi diqqətəlayiqdir. Ən vacibi isə odur ki, tədqiqatçı faktlara, hаdisələrə, problem və şəxsiyyətlərəazırbaycançılıqideyasının рrinsipləriəsasında qiymət verir, onları obyektivlik və tarixilik baxımından araşdırır. Əsərdə yalnızdövrün mətbuatı haqqrında zəngin məlumat verilmir, həm da оnlarümummilli medani inkişaf kontekstində təhlilolunur, уеnidən qiymətləndirilir. Bəllidir ki, sovet hakimiyyəti illərində АХС dövrüilə bağlı araşdırmalarda marksist-leninçimaterialist metodologiyanın tələblərirəhbər tutulur, yanlışlıq, siyasi təəssüb hökm sürürdü. Bu və buna oxşar halların aradan qaldırılması baxımından da əsər mühüm əhəmiyyət daşıyır”. Yeri gəlmişkən qeyd edək ki, 1998-ci ildə BDU-ya dissertant kimi qəbul olunan Q. Quliyeva 2005-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası (1918-1920-ci illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin mətbuatı haqqında dəyərli monoqrafiyası Qərənfil Dünyaminqızını mətbuatşünaslıq sahəsində daha fundamental araşdırmalar aparmağa həvəsləndirmişdir və təsadüfü deyil ki, o, “Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması (1900-2000)” mövzusunda dissertasiya yazmaq kimi çətin və məsuliyyətli işi təkbaşına öhdəsinə götürmüş və müvəffəqiyyətlə yazmış, müdafiə etmiş, filologiya elmləri doktoru adını almışdır.Q. Dünyaminqızı mətbuatşünaslıq tariximizin bir əsrlikdən də çox dövrünün təşəkkülü, inkişafı, formalaşması və s.kimi məsələləri dərindən araşdırmış, əslində sahənin düzgün elmi konsepsiyasını hazırlamışdır. Əsər həmin sahədə mövcud boşluğu aradan qaldırmağa xidmət edən yeni və dərin məzmunlu ilk elmi-tədqiqat əsərlərindən biridir və ciddi-elmi-nəzəri əhəmiyyət kəsb edir.
Q.Quliyeva adı çəkilən əsərində Azərbaycan mətbuatı və mətbuatşünaslığı sahəsində görülən ilk işlərdən başlayaraq bu günümüzə qədər bu sahənin araşdırılması ilə bağlı bitkin təəssürat yarada bilmişdir. Elmi-tədqiqat əsərində sovet dövründə qadağalara məruz qalan və qeyri-obyektiv tədqiq edilən Azərbaycan mühacirət mətbuatı və Cənubi Azərnbaycan mətbuatının araşdırılmasına da də ayrıca yer verilimiş, bu sahədəki problemlərlə yanaşı naliyyətlərdən də geniş bəhs edilmişdir. Tədqiqatçı mövzu ilə əlaqədar son yüz ildən artıq dövrə aid mətbuat materialları, elmi, ədəbi qaynaqları araşdıraraq, Azərbaycanla yanaşı Türkiyə və İranda nəşr olunan müvafiq əsərlərə də müraciət etmişdir. Əsərdə müxtəlif formasiyaların, mövcud ictimai-siyasi vəziyyətin mətbuatşünaslığa münasibəti faktoru da nəzərə alınmışdır. Cümhuriyyətə qədər olan dövr, Azərbaycan Xalq Cümhuriyyəti dövrü, Sovet hakimiyyəti illəri və yenidən müstəqilliyimizin bərpasından (1991) sonrakı dövrdə mətbuatın və mətbuatşünaslığın fəaliyyəti bir-birindən çox fərqlidir. Xüsusən də sovet dövrü. Məhz sovet dövründə bütün sahələrdə olduğu kimi, mətbuat da, onun tədqiqi də marksist-leninçi materialist metodologiyaya uyğun aparılmışdır. Əslində mətbuatımızın, jurnalistikamızın böyük bir dövrü də (1920-1991) sovet dövrünə təsadüf edir. Ona görə də Q. Quliyeva elmi əsərində sovet dövrünün rejimi və ideologiyasının tələblərinə uyğun yazılan tədqiqat əsərlərinə, onların təhlilinə daha geniş yer vermiş və münasibət bildirərək onları düzgün, aydın araşdırmağa, qiymətləndirməyə nail olmuşdur. Tədqiqatçı haqlı olaraq bu qənaətə gəlir ki, sovet dövründə yaranmış zəngin irsdən bütövlüklə imtina etmək olmaz. Əksinə, onlardakı siyasi-ideoloji yanlışlıqları aradan qaldırmaqla, obyektivliyə riayət etməklə düzgün və dolğun araşdırmalar aparmaqla mətbu irsimizə doğma münasibət bəsləməliyik. Sanbalı səviyyədə yazılmış bu əsərin uzun, gərgin axtarışların, zəhmətin sayəsində ərsəyə gəlməsindən xəbər verir.
Q. Dünyaminqızının tədqiqatlarında mətbuatşünaslığımızın mövcud mənzərəsini tam təsvir etmək məqsədilə Azərbaycanda mətbuat sisteminin yaranmasına, dövrün ictimai-siyasi proseslərinə, tarixi şəraitə Azərbaycan mətbuatının, jurnalistikasının inkişaf tarixini, elmi-nəzəri prinsiplərini əks etdirən məqamlara, ən başlıcası klassiklərimizin mətbuata, onun problemlərinə münasibətini öyrənməyə və s. bu kimi məsələlərə daha çox diqqət yetirilir. O, nəzəri, təcrübi professionallığı, işə əsl sənətkar kimi yanaşması tədqiqatçının hər bir əsərinin səviyyə göstəricisidir. Təsadüfü deyil ki, tədqiqatlarının sanbalı, çəkisi ilə fərqlənən Q.Quliyevanın əsərlərindən Bakı Dövlət Universitetinin və digər Universitetlərin Jurnalistika fakültəsində dərs vəsaiti kimi istifadə olunur. Onun əsərlərində diqqəti cəlb edən cəhətlərindən biri də milli ruhlu mətbuatımızda istiqlal hərəkatının tarixi-sosial və nəzəri-ideoloji problemlərinin milli dövlətçilik mövqeyindən qiymətləndirilməsidir.
Əsərlə tanışlıq zamanı belə bir qənaətə gəlirsən ki, doğrudan da Azərbaycan mətbuat və mətbuatşünaslığı Azərbaycan milli-mədəni irsimizin ən qiymətli, ən sanballı sərvətlərindəndir. Odur ki, onun tam obyektiv şəkildə öyrənilməsi, tədqiq edilməsi, düzgün qiymətləndirilməsi milli-mənəvi dəyərlərimizin qorunması, yaşanması deməkdir. Q. Quliyevanıntədqiqatları dil-üslub baxımından da diqqətimi cəlb edir, o fikirləri aydın və sadə dildə çatdırmağın ustasıdır.
“Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması (1900-2000)” əsəri Q. Quliyevanın bu sahədə uzun illər apardığı elmi axtarışların bir növ uğurlu yekunu, daha dərin və əhatəli tədqiqatların təməli kimi dəyərləndirilməlidir...
Q.Quliyeva otuz beş ildən çoxdur ki, dövrü mətbuatda çap olunur və öz imzası ilə tanınan Əməkdar jurnalistdir, 2018-ci ildə Ali media mükafatına layiq görülmüşdür. Azərbaycan mətbuat tarixinin tanınmış araşdırıcısı, publisistikamızın layiqli qələm sahibi olan Q.Quliyevanın bu mövzuda çap etdirdiyi çoxsaylı elmi və bədii-publisistik məqalələri, iki monoqrafıyası, bir-necə kitabı öz elmi sanbalı və nəzəri konseptuallığı ilə diqqəti cəlb edir. İddiaçı istər elmi tədqiqat əsərlərində, istərsə də publisiskasında irəli sürdüyü fikir və mülahizələrini daima klassiklərin yaradıcılığına, mətbu irsinə, elmi-nəzəri görüşlərinə istinad edərək əsaslandırır. Q. Quliyeva fikirlərində ardıcıl, qətiyyətli və məntiqlidir. O, həm də pedaqoqdur. Uzun illərdir ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində mühazirələr oxuyur.
İstedadl tədqiqatçı, mahir publisist Qərənfil Dünyaminqızının mətbuat və mətbuatşünaslıq sahəsindəki qızğın və yorulmaz fəaliyyətini ölkəmizin tanınmış ziyalıları Cahangir Məmmədli, Tofiq Hacıyev, Bədirxan Əhmədli, Hikmət Babaoğlu, Səyyad Aran,Abel Məhərrəmov, Sona Vəliyeva, Akif Aşırlı, Əflatun Amaşov... və başqaları yüksək dəyərləndirmişlər. Azərbaycan mətbuatının yaranmasının 150 illik yubileyi Q. Dünyaminqızının ilk qələm təcrübəsinin, mətbuata gəlişinin50 illiyinə təsadüf etmişdir. Hər iki tarix münasibəti ilə mətbuatda və mətbuatşünaslıqda layiqli iz qoymuş Qərənfil Dünyaminqızını təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.
Abid Tahirli , filologiya elmləri doktoru
25.05.2025.