16 Avqust 2024 12:16
1206
ŞOU-BİZNES

Meyxanaçı: “Kərim mənə  “1 şirvan” verdi, sevindiyimdən yata bilmirdim..”

Tanınmış meyxanaçı Ruslan Müşfiqabadlı gənc vaxtlarından ona dəstək olan meyxna ustadlarından söz açıb.

Adalet.az xəbər verir ki, o, bu siyahıda xüsusən, meyxanaçı Kərimin adını qeyd edib:

“O vaxt gənc idim, 16 yaşım vardı. El məclislərinə meyxana deməyə gedirdik. Məni də özləri ilə aparırdılar. Təbii ki, o vaxt müəyyən bir qonarar demirdim, çox gənc idim. “Şabaş”a toylara gedirdim. Orda AğaKərim( Kərim Novruzov)-un qarşısında 40-50 “şirvan” şabaş yığılırdı. O vaxt “şirvan” böyük pul idi. Kərim mənə 1 şirvan pul vermişdi. Sevindiyimdən gecə yata bilmirdim. Tələsirdim ki, səhər tez açılsın bunu məhlədə uşaqlara deyim ki, dünən Kərimlə toyda idim, mənə pul verdi”.

Əntiqə