MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX-dən əməliyyat

Bakı şəhəri Səbail rayon məhkəməsi Azərbaycan Respublikasının vətəndaşı Şərifov Kənan Urfan oğlu barəsində həbs qətimkan tədbiri seçib.
Adalet.az xəbər verir ki, Kənan Şərifov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.
O, digərləri ilə birlikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.
Digər Xəbərlər

Naxçıvan Konstitusiyası dəyişir - Yeni idarəetmə YARADILIR

Azərbaycanda vəzifəli şəxslər işdən çıxarıldı - RƏSMİ

Azərbaycanda bu təyyarələrin məhv edilməsinə icazə veriləcək - Yeni qərar

"İllər boyunca bir çox telefon söhbətimiz olub" - Prezident

İlham Əliyev Artur Rasi-zadəyə ordenini təqdim etdi - YENİLƏNİB

"Yerablur"da cəm olub , ölmüş "artsax"ı ağladılar

Ədliyyə Nazirliyinin aparatının işçilərinin say həddi artırılıb
