Azərbaycanda bu təyyarələrin məhv edilməsinə icazə veriləcək - Yeni qərar

Məcburi qaydada yerə enmək barədə xüsusi tələblərə riayət etməyən, bortunda pozuntu törədilməsində təqsiri olmayan sərnişinlərin olması barədə düzgün məlumat olmayan və ya özünümüdafiə tələb edilən halda hava gəmisinin məhvinə icazə veriləcək.
Adalet.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Belə halda əvvəlcə xəbərdarlıq atəşi açılacaq.
İndiyə qədər qüvvədə olan Qaydaya əsasən, mülki hava gəmilərinə qarşı məhv atəşi açmağa bu hava gəmilərinin sərnişinsiz və hərəkətsiz ələ keçirilməsi barədə aerodromda məlumat olduqda icazə verilib. Belə halda da əvvəlcə xəbərdarlıq atəşi açılmalı idi.
Digər Xəbərlər

Ali xüsusi rütbə verilən Emil Qarayev kimdir? - DOSYE

Prezident Emil Qarayevə ali xüsusi rütbə verdi

Baş nazirdən Dövlət Əməyin Mühafizəsi Fondu ilə bağlı QƏRAR

Səhiyyə naziri ÜST-nin Avropa Regional Bürosunun videokonfransında çıxış edib

DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO+FOTOLAR

FHN hava ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət etdi - YENİLƏNİB

Dövlət Mülki Aviasiya Agentliyi yaradıldı
