Ali xüsusi rütbə verilən Emil Qarayev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncam ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Emil Maqsud oğlu Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Adalet.az-ın məlumatına görə, Baş vergi xidməti müşaviri Emil Qarayev 1984-cü ildə Bakı şəhərində anadan olub.
2005-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisasını bakalavr pilləsi üzrə, 2009-cu ildə Bakı Dövlət Universitetinin "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisasını magistr pilləsi üzrə bitirib.
2005-2006-cı illərdə Azərbaycan Ordusu sıralarında hərbi xidmətdə olub. 2006-2009-cu illərdə "Deloitte Touche" MMC-də vergi üzrə məsləhətçi, 2009-2011-ci illərdə baş məsləhətçi, 2011-2016-cı illərdə vergi üzrə menecer və baş menecer, 2016-2019-cu illərdə vergi və hüquq məsələləri üzrə direktor vəzifələrində işləyib.
2019-cu ilin may-iyul aylarında Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini, 2019-cu ilin iyul-avqust aylarında baş direktorunun 1-ci müavini vəzifələrində çalışıb. 2019-2020-ci illərdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində işləyib.
2020-2021-ci illərdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışıb. 2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisi olub. 2022-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatın rəhbəri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2024-cü il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.
Digər Xəbərlər

37 illik qanlı tarix: Qarabağın ilk şəhidləri, Əli və Bəxtiyar....

Prezident Emil Qarayevə ali xüsusi rütbə verdi

Baş nazirdən Dövlət Əməyin Mühafizəsi Fondu ilə bağlı QƏRAR

Səhiyyə naziri ÜST-nin Avropa Regional Bürosunun videokonfransında çıxış edib

DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO+FOTOLAR

FHN hava ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət etdi - YENİLƏNİB

Dövlət Mülki Aviasiya Agentliyi yaradıldı
