Azərbaycanın tanınmış informasiya agentliyi və bəzi saytlara HAKER HÜCUMU - YENİLƏNİB

“Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilir.
Adalet.az xəbər verir ki, bu barədə “Global Media Group” açıqlama yayıb.
Açıqlamada deyilir ki, bu kiberhücumlarla əlaqədar hazırda "Report.Az", "Oxu.Az", "Media.Az", "Baku.ws", ''Caliber.Az" saytlarının və "Baku TV"nin fəaliyyətində problem yaranıb.
"Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.
Kütləvi kiberhücumların cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Mütəxəssislər hazırda saytların işinin bərpa olunması istiqamətində çalışır.
Xüsusi qeyd etmək istərdik ki, bu adi DDoS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur".
Bütün bu hücumlarla bağlı səlahiyyətli qurumlara məlumat verilib.
"Problemin aradan qaldırılması istiqamətində işlər aparılır", - açıqlamada bildirilib.
***
İranda Azərbaycana qarşı dəstəklənən "hüseynçilər" adlı terrorçu qrup tərəfindən ölkəmizdə fəaliyyət göstərən kütləvi informasi vasitələrinə qarşı haker hücumu təşkil olunub.
Adalet.az xəbər verir ki, Azpolitika.az saytı və Report İnformasiya Agentliyinin ana səhifələrində məlum qrupun loqosu olan post yerləşdirilib.
Haker hücumunun qarşısının alınması üçün hazırda proflaktik tədbirlər görülür.
Digər Xəbərlər

Ali xüsusi rütbə verilən Emil Qarayev kimdir? - DOSYE

Prezident Emil Qarayevə ali xüsusi rütbə verdi

Baş nazirdən Dövlət Əməyin Mühafizəsi Fondu ilə bağlı QƏRAR

Səhiyyə naziri ÜST-nin Avropa Regional Bürosunun videokonfransında çıxış edib

DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO+FOTOLAR

FHN hava ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət etdi - YENİLƏNİB

Dövlət Mülki Aviasiya Agentliyi yaradıldı
