adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Aprel 2024 15:07
1568
İQTİSADİYYAT

Mikayıl Cabbarov Türkiyə şirkətlərinin nümayəndələri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Koç Holding” və “Aksoy Holding” şirkətlərinin nümayəndələri ilə görüşüb.

Bu barədə nazir özünün “X” hesabında paylaşım edib. 

Paylaşımda bildirilib:

“Azərbaycan-Türkiyə birliyi və uğurlu iqtisadi tərəfdaşlıq platforması birgə təşəbbüslərin reallaşdırılması nəticəsində yeni məzmunlarla zənginləşir. Türkiyənin “Koç Holding” və “Aksoy Holding” şirkətlərinin nümayəndələri ilə keçirdiyimiz görüşdə ölkəmizdə investisiya layihələrinin həyata keçirilməsi imkanları və əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük”.