Milana hərbi qüvvələr göndəriləcək
İtaliya rəhbərliyi iki gün davam edən iğtişaşlardan sonra Milana 500 hərbçi göndərəcək.
Adalet.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliyanın Baş nazirinin müavini Matteo Salvini açıqlayıb.
Agentlik qeyd edib ki, şəhərə hərbi qüvvələrin göndərilməsinin təhlükəsizliyin təmin edilməsinə dair tədbirlər paketinə daxil edilməsi gözlənilir. Həmin tədbirlər paketi isə bu gün ölkənin Nazirlər Kabineti tərəfindən təsdiq edilməlidir.
Qeyd edək ki, oktyabrın 17-18-də Milan və İtaliyanın digər şimal şəhərlərində qiymət artımına və dövlət xidmətlərinin işinin pisləşməsinə qarşı keçirilən etiraz aksiyalarından sonra iğtişaşlar baş verib. Aksiya iştirakçıları ilə polis arasında qarşıdurmalar baş verib, etirazçılar mağazaları qarət edib. Milanda ümumilikdə 271 nəfərin saxlanıldığı, 32 etirazçının həbs edildiyi bildirilib.
Digər Xəbərlər
20 Oktyabr 2026 08:46
Sualtı internet kabelləri SEPAH-ın hədəfində
20 Oktyabr 2026 08:43
Şimali Koreya iddialarla çalxanır: Kim Çen Inın bacısı hakimiyyətə gəlir?
20 Oktyabr 2026 07:56
Hər uşağa “SpaceX”dən səhm verəcək
20 Oktyabr 2026 07:54
Məşhurlara həmin reklamları qadağan edirlər
20 Oktyabr 2026 07:54
Fransadakı iğtişaşlar hakimiyyətin vəziyyətə nəzarət edə bilmədiyini göstərib
20 Oktyabr 2026 07:53
Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb
20 Oktyabr 2026 07:52
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
20 Oktyabr 2026 07:51


Bakı -°C

