adalet.az header logo
  • Bakı -°C
22 Dekabr 2025 12:27
73
SİYASƏT
A- A+

Milanoviç İlham Əliyevi təbrik etdi

Xorvatiyanın Prezidenti Zoran Milanoviç azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Adalet.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, həm şəxsi həyatınızda, həm də dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Əminəm ki, Xorvatiya və Azərbaycan xüsusi əhəmiyyət kəsb edən iqtisadi əməkdaşlığın inkişafı istiqamətində birgə səylərimizlə qarşılıqlı dostluğu və ikitərəfli əlaqələri möhkəmləndirməyə və dərinləşdirməyə davam edəcəkdir.

Sizə ən xoş arzularımı çatdırır, ölkənizin vətəndaşlarına tərəqqi və firavanlıq diləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".