Milli Məclis prokurorluq işçilərinin maaşlarına əlavənin artırılmasına dair layihəni I oxunuşda təsdiqləyib
Milli Məclis prokurorluq işçilərinin maaşlarına əlavənin artırılmasına dair layihəni I oxunuşda təsdiqləyib.
Adalet.az-ın xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli deyil, 1,25 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
Qanunun hazırkı bəndi isə belədir:
"Prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir".
“Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik layihələri dövlət qulluqçularının əməkhaqqı sisteminin təkmilləşdirilməsi, eyni vahid əməkhaqqı sisteminin tətbiqi ilə bağlı aparılan islahatların davamıdır.
Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il sentyabrın 1-dən tətbiq ediləcək.
Digər Xəbərlər
11 Sentyabr 2026 09:52
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
10 Sentyabr 2026 18:25
Qazaxıstan Prezidenti türk dövlətlərinin daxili işlər nazirləri ilə görüşdü - FOTO
10 Sentyabr 2026 16:55
Bayramov Aİ rəsmisi ilə görüşdü
10 Sentyabr 2026 15:55
Prezident Azərbaycanın yəhudi icmasını təbrik etdi
10 Sentyabr 2026 13:46
Əli Əsədov Dünya Bankının regional direktoru ilə GÖRÜŞDÜ
10 Sentyabr 2026 12:17
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - FOTOLAR
10 Sentyabr 2026 11:12
Prezidentdən büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı FƏRMAN
10 Sentyabr 2026 10:18


Bakı -°C

