Prezident Azərbaycanın yəhudi icmasını təbrik etdi
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli həmvətənlər!
Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmuş, burada ayrı-ayrı xalqların və etiqadların nümayəndələri arasında qarşılıqlı hörmət və etimada, dostluq və qardaşlığa əsaslanan nümunəvi ictimai münasibətlər formalaşmışdır.
Müasir Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin fundamental insan haqları və azadlıqları üçün demokratik-hüquqi şərait təmin edilmişdir. Cəmiyyətimizdə yüz illərlə hökm sürən etnik-dini tolerantlıq mühitində yəhudi icması milli-mənəvi dəyərlərini, dil və mədəniyyətini qoruyub-saxlamaqla, böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin sosial-mədəni həyatında yaxından iştirak edir, vətəndaş həmrəyliyinin möhkəmlənməsinə özünəməxsus töhfə verir .
Yeniliyin, mənəvi saflığın, xeyirxahlıq və həmrəylik duyğularının rəmzi olan Roş ha-Şana münasibətilə bir daha hər birinizə bayram təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!”
Digər Xəbərlər
10 Sentyabr 2026 13:46
Əli Əsədov Dünya Bankının regional direktoru ilə GÖRÜŞDÜ
10 Sentyabr 2026 12:17
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - FOTOLAR
10 Sentyabr 2026 11:12
Prezidentdən büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı FƏRMAN
10 Sentyabr 2026 10:18
“Ermənistan-Rusiya münasibətlərində dərin böhran davam edəcək”
10 Sentyabr 2026 10:07
“Bu təşkilata maraq göstərən ölkələr arasında Azərbaycan da var”
09 Sentyabr 2026 19:31
Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi
09 Sentyabr 2026 18:32
“Həqiqətlərə bağlılıq qələbəyə aparır...”
09 Sentyabr 2026 18:00


Bakı -°C

