Milli Məclis yanında Toponimiya Komissiyasına yeni sədr seçiləcək
Milli Məclis yanında Toponimiya Komissiyasına yeni sədr seçiləcək.
Adalet.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Toponimiya komissiyası sədrinin, sədr müavininin və komissiya katibinin seçilməsi haqqında məsələ müzakirəyə çıxarılacaq.
Məsələ Toponimiya Komissiyasının bugünkü iclasında müzakirə olunacaq.
Qeyd edək ki, Komissiya Azərbaycanın ərazi vahidlərində ad verilməsi, onların adlarının dəqiqləşdirilməsi və dəyişdirilməsi məsələlərinin müzakirə edilməsi və bu barədə Milli Məclisə rəy hazırlamaq məqsədi daşıyır.
Xatırladaq ki, Komissiyanın bundan əvvəlki sədri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, sədr müavini Sevinc Fətəliyeva, katib isə Cavid İsgəndərov olub.
Digər Xəbərlər
27 Yanvar 2025 14:49
Prezident Conatan Misneri qəbul etdi - YENİLƏNİB + FOTO
27 Yanvar 2025 14:48Əliyevin proqnozu özünü doğrultdu: USAID və Oxfam America- dan Trampa etiraz
27 Yanvar 2025 13:19Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi - YENİLƏNİB
27 Yanvar 2025 12:16İlham Əliyev Lukaşenkonu təbrik edib
27 Yanvar 2025 12:10