Milli Qəhrəmanlar haqda film çəkilir - Hökumənin atası Prezidentlə görüşdən DANIŞDI
Prezident İlham Əliyev bu gün - yanvarın 6-da “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
Adalet.az xəbər verir ki, qəzada həlak olan stüardessa, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev Prezidentlə görüş barədə Modern.az-a danışıb.
O bildirib ki, görüşdə dövlət başçısı ilə yanaşı AZAL-ın prezidenti, həmçinin rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də iştirak ediblər:
“Bildirildi ki, qəza barədə ən son məlumat "qara qutu"lar açıldıqdan sonra əldə olunacaq və bu haqda bizə də məlumat veriləcək. Qeyd edildi ki, təyyarəyə kənardan müdaxilə olunub və bu səbəbdən qəzaya uğrayıb. Daha sonra medallar təqdim edildi və bununla da görüş başa çatdı”.
C.Alıyev sonda qeyd edib ki, təyyarə qəzasında həlak olan Milli Qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin və Aleksandr Kalyaninov haqqında filmin çəkilişlərinə də başlanılıb.
Digər Xəbərlər
15 Aprel 2026 19:50
Hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadıldı
15 Aprel 2026 17:50
Baş nazirdən Xəzərlə bağlı QƏRAR
15 Aprel 2026 17:24
Azər Mursaqulov Statistika Şurasının sədri oldu
15 Aprel 2026 16:59
İlhamiyyə Rza xəbər aparıcılarını tənqid etdi
15 Aprel 2026 16:10
Rusiya AZAL-ın təyyarə qəzası ilə bağlı Azərbaycana kompensasiya ödəyəcək
15 Aprel 2026 16:02
Azərbaycanın döyüş təyyarələri “Anadolu Ankası – 2026” təlimində - VİDEO
15 Aprel 2026 15:34
"Qırmızı Körpü" gömrük postunda 800 avtomobil gözləyir
15 Aprel 2026 15:13


Bakı -°C

