Millimiz bu gün Haiti ilə oynayacaq
Futbol üzrə Azərbaycan milli komandası bu gün 2025-ci ildə ilk oyununa çıxacaq.
Adalet.az xəbər verir ki, portuqaliyalı Fernandu Santuşun rəhbərlik etdiyi komanda yoldaşlıq matçında Haiti millisi ilə üz-üzə gələcək.
Bu, komandaların tarixlərində bir-birlə ilk qarşılaçmasıdır.
Millimiz rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək. Görüş 21:45-də start götürəcək.
Haiti millisi hazırda FİFA reytinqində 86-cı yeri tutur. Azərbaycan yığması isə 117-ci yerdə qərarlaşıb.
Milli komandamız sonuncu yoxlama oyununu ötən il iyunun 11-də Qazaxıstana qarşı keçirib və 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 3 gün sonra Azərbaycan millisi növbəti yoxlama görüşündə Bakıda Belarusla üz-üzə gələcək.
Hakimlər: Kadir Sağlam, Deniz Caner Ozaral, Anıl Usta (Türkiyə), Fərid Hacıyev (Azərbayan)
Digər Xəbərlər
10 Dekabr 2025 09:20
"Qarabağ" bu gün Bakıda "Ayaks"ı qəbul edəcək
09 Dekabr 2025 20:42
“Qarabağ” “Ayaks”la oyuna belə hazırlaşır - VİDEO
09 Dekabr 2025 20:03
Kiberpolisdən “Qarabağ” - “Ayaks” oyunu ilə bağlı əməliyyat - Saxlanılanlar var + VİDEO
09 Dekabr 2025 19:46


Bakı -°C

