adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Noyabr 2020 20:22
28049
İDMAN

Millimizin üzvü Xorvatiyada 2 min dollar qazandı - FOTO

Karate millimizin üzvü İrina Zaretskaya Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Top Ten” (İlk 10-luq) adlı beynəlxalq turnirin qalibi olub.

İdmançılar hər ilin sonunda bu yarışda xüsusi dəvətlə iştirak edirlər. Yüksək nəticəsi olan seçilmiş karateçilər bir dövrə görüşərək, aralarında ən güclünü təyin edirlər.

Bir növ şou xüsusiyyəti də daşıyan “Top Ten” turnirinin qalibinə kubokdan başqa, 2 min dollar pul mükafatı da təqdim olunur.