29 Avqust 2024 15:34
409
GÜNDƏM

Mirzoyan  diplomatları Kirantsa niyə apardı? - FOTOLAR

Xəbər verdiyimiz kimi, Ermənistan Kadastr Komitəsi Kirants kəndinin xəritəsini yeni sərhədə uyğun olaraq yeniləyəndən sonra məlum olub ki, delimitasiyaya uyğun olaraq Kirantsın bir hissəsi, iki ev, bir körpü, Gürcüstana dövlətlərarası yolun bir hissəsi və 50-dən çox torpaq sahəsi Azərbaycanın nəzarətinə keçib.

Adalet.az
erməni mediasına istinadən xəbər verir ki, bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın xarici ölkələrdə akkreditə olunmuş səfirlərini Tavuş rayonunun Kirants kəndinə gətirib. Məlumatda deyilir ki, nazir Azərbaycan və Ermənistanın yeni sərhədini onlara göstərib və delimitasiyanın nəticələri ilə tanış edib.
Qeyd edək ki, erməni jurnalist Oskan Sərkisyan Kirantsdan sonra demarkasiya prosesinin aparılacağı Bağanıs kəndi istiqamətində də itkilərinin olacağını vurğulamışdı . Jurnalistin “ərazi itkisi” kimi təqdim etdiyi yerlər beynəlxalq hüquqa görə Azərbaycan torpaqlarıdır. Xatırladaq ki, Ermənistan hələ də Qazaxın 3 anklav kəndini və Kərkini işğalda saxlayır.


Əntiqə Rəşid