"Tullantıları ətrafa atmamağı adətə çevirməliyik" - ETSN
"Bir həftə əvvəl də toplamışdıq bu yerləri. Təəssüf, çox təəssüf, yenə də nə qədər torba doldurduq, kimlərinsə hara gəldi atdığı zibillərlə".
Adalet.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova "Facebook" sosial şəbəkə hesabında paylaşım edib. O, ətraf ərazilərə tullantı atılmasının qarşısını almaq məqsədilə çağırış edib:
"İstirahət etdikdən sonra tullantıları dəniz sahilində atıb gedənlər baxıb utanacaqlarmı, görəsən?
Bir az, azacıq məsuliyyət hissi olsa, bəlkə... sürücü içdiyi suyun qabını yola atmaz, dondurma yeyən böyük-balaca onun kağızını yerə atmaz, istirahətə gələn yediyini-içdiyini yerə atmaz... Atmaz da atmaz, amma atırıq ki, atırıq. Əfsus…
Tullantıları ətrafa atmamağı adətə çevirməliyik. Hamımız..." - deyə o qeyd edib.
Digər Xəbərlər
30 Iyun 2026 17:49
77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
30 Iyun 2026 17:12
Rövşən Rzayev vətəndaşların müraciətlərini dinləyib
30 Iyun 2026 16:35
Bu əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək
30 Iyun 2026 16:26


Bakı -°C

