Moldova Rusiyanın "mədəniyyət" mərkəzini bağladı
Moldovanın yeni hökuməti Rusiyanın Kişinyovda "elm və mədəniyyət mərkəzi" adı altlnda fəaliyyət göstərən, əslində isə agentura şəbəkəsi olan mərkəzini bağlayıb. Bu barədə yeni baş nazir Aleksandr Muntyanu, nazirlər kabinetinin ilk iclasında bəyan edib.
Mədəniyyət naziri Kristian Jardan çıxışında qeyd edib ki, mərkəz 1998-ci ildə iki ölkə arasında əldə olunan razılaşmaya görə fəaliyyətə başlayıb. Lakin, sonradan Moldovaya qaşı aparılan feyk məlumatlarla faktiki olaraq hibrit informasiya müharibəsi aparıb.
"Buna görə də, razılaşmaya əsasən mərkəzin hazırki geosiyasi vəziytdə fəaliyyətinə davam etdirilməsinə imkan vermək mümkünsüzdür"-deyə nazir, mərkəzin bağlanması faktını təsdiqləndiyini bəyan edib.
Rüstəm Hacıyev


Bakı -°C

