"MOLLA NƏSRƏDDİN 2022" nümayiş olunub
Adalet.az xəbər verir ki, ötən gün Şuşa dövlət musiqili dram teatrında Səhnə teatrınının “Molla Nəsərddin 2022” adlı tamaşası nümayiş olunub.
Komediya janrında olan tamaşanın müəllifi Xaqani Əliyev, qurluşçu rejissoru Oruc Qurbanov ( Əməkdar İncəsənət Xadimi), aktyorları isə Elçin Hacı, Ramil Məmmədov, Əhliman Ərşadlı, Vaqif Kərimov (Əməkdar artist), Ruhiyyə Mahmudqızı, Rəbbilə Ələkbərzadə, Mahir Mirişli, Absalam Həşimli və Ağaəli Kərimzadədir.
Keçmişlə bu günün sintezi olan tamaşa Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir. Qəfil peyda olan Əzrayıl Molla Nəsrəddini yuxudan oyadıb özü ilə o biri dünyaya aparmağa gəldiyini söyləyir. Hələ çox cavan olduğunun biləndən sonra ona evlənmək üçün üç gün möhlət verir. Molla Nəsrəddin Əzrayıl ilə dostlaşır və sevgisinə qovuşmaq üçün ona əngəllər yaradan kənd cavanları ilə mübarizəyə başlayırlar. Toy gününün səhəri oyanıb evində sevdiyi qızı yox, kənddə hamının tanıdığı eybəcər arvadı görən Molla Nəsrəddin aldadıldığını başa düşür. Maraqlı hadisələr də bundan sonra başlayır.
Şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.
Ötən gün Şuşa teatrında ictimai baxışı keçirilən tamaşa izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.
Digər Xəbərlər
15 Sentyabr 2026 14:18
BORÇALI AŞIQLARIN MÖHTƏŞƏM KONSERTİ
14 Sentyabr 2026 14:37
50 yaşını Ağdamda qeyd etdi - VİDEO
13 Sentyabr 2026 16:37
SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT - Aysel KƏRİM yazır
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54


Bakı -°C

