Moskva məhkəməsindən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı QƏRAR
Moskvanın Basmannı məhkəməsi istintaqa 2024-cü ilin dekabrında AZAL-ın "Embraer 190" təyyarəsinin qəzaya uğramasına dair işlə bağlı Rusiyanın cənubunda iki ünvan üzrə sənədlərin götürülməsinə icazə verib.
Adalet/az xəbər verir ki, bu barədə "RIA Novosti" məhkəmə materiallarına istinadən məlumat dərc edib.
"Sənədlərdə deyilir ki, müstəntiq vəsatəti 2025-ci ilin yanvarında verib və məhkəmə iclasında prokuror vəsatəti dəstəkləyib. Qəza ilə bağlı cinayət işi Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən aparılır, buna görə də ibtidai istintaq yerindəki ərizəyə Moskvanın Basmannı Məhkəməsi baxıb.İnstansiya iş materiallarını yoxlayaraq, vəsatəti əsaslı hesab edib. Məhkəmə sənədlərin götürülməsinə icazə verib və qərar qanuni qüvvəyə minib", - KİV yazıb.
Qeyd edək ki, Azərbaycan Hava Yollarının (AZAL) Bakıdan Qroznıya uçan "Embraer 190" təyyarəsi 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Aviaşirkətin məlumatına görə, təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Onlardan 38-i həlak olub.
Digər Xəbərlər
23 Dekabr 2025 17:44
Xaçaturyanın son vəziyyəti AÇIQLANDI - YENİLƏNİB
23 Dekabr 2025 17:36
Bakıda taksi buraxılış vəsiqəsinin alınması üçün son müddət açıqlandı
23 Dekabr 2025 14:12
“Rusiya ilə Ramiz Mehdiyevin açıq, Əli Kərimlinin gizlin əlaqələri olub...”
23 Dekabr 2025 14:01
“Azərsun Holdinq”in “Tullantıları hədiyyələrə dəyiş” ekoloji festivalına dəstək verib - FOTOLAR
23 Dekabr 2025 13:15
Minatəmizlənmədə heyvanların istifadəsi qaydası müəyyənləşir
23 Dekabr 2025 12:44
Könül Nurullayeva növbəti səyyar qəbulunu keçirib - FOTOLAR
23 Dekabr 2025 12:37
"Nümunəvi Türkiyə-Azərbaycan Universitetinin yaranmasına nail ola bilmədik" - Fazil Mustafa
23 Dekabr 2025 12:36


Bakı -°C

