28 Fevral 2025 23:41
87
İDMAN

Mourinyo "Qalatasaray"ı məhkəməyə verdi

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Qalatasaray"a qarşı mənəvi təzminat iddiası qaldırıb.

Adalet.az  "Haber Global"a istinadən məlumat verir ki, bu barədə "sarı-lacivərdli" klubdan açıqlama verilib.

Bildirilib ki, Mourinyo onun şəxsiyyətinə və şəxsi hüquqlarına edilən hücum səbəbi ilə "Qalatasaray"dan mənəvi təzminat tələb edir.

Təzminatın məbləği 1 milyon 907 min türk lirəsi (təxminən 88 790 min manat) həcmində müəyyən edilib.