Ərdoğan Starmerlə Rusiya – Ukrayna müharibəsini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığında Rusiya – müharibəsini müzakirə edib.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin məbuat xidməti məlumat yayıb.
“Prezident Ərdoğan İngiltərə Baş naziri Key Starmer ilə telefon danışığı aparıb”, – mətbuat xidməti diqqətə çatdırıb.
Qeyd olunub ki, tərəflər Ankara ilə London arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
“Prezident Ərdoğan görüş zamanı bildirib ki, Türkiyə ədalətli və davamlı sülhün bərqərar olması ilə Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə sona çatması üçün səy göstərir”, – məlumatda qeyd olunub.
Bundan başqa, Türkiyə lideri ölkəsinin “indiyədək etdiyi kimi, danışıqlara ev sahibliyi etmək də daxil olmaqla, sülhü asanlaşdırmaq üçün lazım olanı etməyə hazır” olduğunu vurğulayıb.
Digər Xəbərlər

Zelenskinin Hudsondakı çıxışı ləğv edildi

ABŞ və Ukrayna arasında sazişin imzalanması LƏĞV EDİLDİ

"Zelenski özünü məhv etdi" - Mask

Zelenski Trampla danışıqları erkən tərk edib - VİDEO

Tramp-Zelenski mübahisəsi vaxtı səfir ağladı – VİDEO

Ağ Evdə daha bir gərginlik: "Sizin kostyumunuz var? - VİDEO

Paşinyan Türkiyə ilə sərhəddə rusların yerinə erməni sərhədçiləri yerləşdirdi
