Paşinyan Türkiyə ilə sərhəddə rusların yerinə erməni sərhədçiləri yerləşdirdi

Rusiya FTX Sərhəd Xidmətinin Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsindəki əməkdaşları erməni sərhədçiləri ilə əvəzlənib.
Adalet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Telegram"da bildirib.
"Bu gündən etibarən Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsində xidmətlər yalnız Ermənistan sərhəd qoşunları tərəfindən həyata keçirilir", - Paşinyan yazıb.
Onun sözlərinə görə, iki ölkə arasında sərhəd bağlı olduğu üçün keçid məntəqəsi fəaliyyət göstərmir. Lakin 2022-ci ilin yayında hökumətin qərarı ilə keçid məntəqəsi təmir olundu və orada Rusiya sərhədçiləri xidmət etməyə başladı. Paşinyan Rusiya sərhədçilərinə həmin müddətdə göstərdikləri xidmətə görə təşəkkür edib.
“Marqara keçid məntəqəsinin Ermənistan sərhəd qoşunlarının nəzarətinə verilməsi o deməkdir ki, martın 1-dən Ermənistan ərazisinə daxil olan və çıxan vətəndaşlar üzərində sərhəd nəzarəti müstəsna olaraq Ermənistan sərhəd qoşunları tərəfindən həyata keçiriləcək, çünki bütün (fəal və qeyri-fəal) keçid məntəqələrində yalnız sərhədçilər xidmət göstərir", - deyə Paşinyan qeyd edib.
Digər Xəbərlər

Zelenskinin Hudsondakı çıxışı ləğv edildi

ABŞ və Ukrayna arasında sazişin imzalanması LƏĞV EDİLDİ

"Zelenski özünü məhv etdi" - Mask

Zelenski Trampla danışıqları erkən tərk edib - VİDEO

Ərdoğan Starmerlə Rusiya – Ukrayna müharibəsini müzakirə edib

Tramp-Zelenski mübahisəsi vaxtı səfir ağladı – VİDEO

Ağ Evdə daha bir gərginlik: "Sizin kostyumunuz var? - VİDEO
