28 Fevral 2025 21:50
94
DÜNYA

Zelenski Ağ Evdə Trampla mübahisə edir - VİDEO

Ağ evdə Donald Tramp, Volodimir Zelenski və ABŞ-nin vitse-prezidenti Cey Di Vens arasında gərginlik yaşanıb. 

Adalet.az xəbər verir ki, üçlük arasında müzakirə mübahisəyə çevrilib.

Vens: Mən ölkənizi məhv olmaqdan saxlayan diplomatiya üçün danışıram. İndi sizdə adam qıtlığı var, kişilər çatışmır.

Zelenski: Siz Ukraynada olmamısınız.

Vens: Mən tarixi görürəm, Ukrayna xalqının başına gələnləri görürəm. Görürəm ki, orduya adam tapa bilmirsiniz. Siz bizim administrasiyaya hücum edə bilməzsiniz.

Tramp Zelenskiyə: Sizin bizə nəyisə diktə etməyə haqqınız yoxdur. İndi çox əlverişli mövqedə deyilsiniz.