Müəllimlər üçün sertifikatlaşdırılma imtahanının sınağı keçiriləcək

Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunacaq fənn müəllimlərinə (biologiya, coğrafiya, fizika, informatika, kimya) dəstək məqsədilə “MS TEAMS” platformasında sınaq imtahanı təşkil olunacaq.
Bu barədə Adalet.az-a Azərbaycan Respublikasının Təhsil İnistitutundan məlumat verilib.
Sınaq imtahanının səhifəsi 30 may tarixində saat 10:00-dan başlayaraq 19:00-dək aktiv olacaq. Bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı olacaq.
Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunacaq. İmtahan vaxtı bitən kimi nəticəniz avtomatik olaraq ekranda görünəcək.
"Hörmətli müəllimlər, sınaq imtahanında iştirak etmək üçün əvvəlcədən virtual məktəbdəki (TEAMS) mövcud qrupunuza daxil olub sizə dəvət gəldiyindən əmin olun. Virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün olmadığı üçün əvvəldən qeydiyyatı olmayanların qeydiyyatdan keçməsi mütləqdir", - məlumatda qeyd olunub.
Digər Xəbərlər

Magistraturaya daxil olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xaricdən Azərbaycan universitetlərinə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

DİM Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı keçirəcək

II və III qruplara imtahan verəcək abituriyentin nəzərinə!

Azərbaycandan 500 gənc xaricdə təhsil alacaq

Qarabağda 14 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
