Qarabağda 14 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir

Qarabağda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin sayı açıqlanıb.
Adalet.az xəbər verir ki, elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda Qarabağda 14 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir:
"Artıq Qarabağ Universitetində 1 000-dən çox tələbə təhsil alır. 44 günlük Vətən müharibəsində biz Qələbə qazandıq, torpaqlarımız geri qayıtdı, quruculuq işləri başladı. Bütün bunlar Qayıdış konsepsiyamızı zəruri etdi. Biz xalq olaraq tarixdən dərs çıxarmalıyıq. Gənclər dünyada baş verən hər bir dəyişiklik üçün hazır yetişdirilməlidir. Gənclər ilk növbədə vətənpərvər olmalıdır. Bu da təhsildən çox asılıdır. Təbii ki, bu məsələdə ailə faktoru da mühüm rol oynayır. Müəllimlərin də töhfəsi çox faydalı olmalıdır ki, gənclər vətənpərvər olsun. Onlar Azərbaycan, eləcə də Qərbi Azərbaycan tarixini yaxşı bilməlidir".
Digər Xəbərlər

II və III qruplara imtahan verəcək abituriyentin nəzərinə!

Azərbaycandan 500 gənc xaricdə təhsil alacaq

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Məktəbəqədər təhsilin keyfiyyəti ilə bağlı problemlər mövcuddur - Nazir

Bu müəssisələrdə məktəbəqədər yaşlı uşaqlara təhsil veriləcək

"Qəbul imtahanlarının keyfiyyəti bizi qane edir" - Nazir

Məktəbli formaları dəyişəcək? - Nazirdən AÇIQLAMA
