adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Iyun 2022 13:54
1695
MƏDƏNİYYƏT

Muğamlarımızı “erməni milli musiqisi” kimi tanıdan bəstəkar Aram Xaçaturyan: Ən məşhur oğru...

Oxucularımız  yəqin ki, “məşhur Bakı ermənisi”  yaxud “ Azərbaycanlı ermənilər ”mövzusu ilə bağlı  bir çox məqaləmlə tanışdır.  Qatı erməni millətçiləri və siyasətçiləri  Məcidin oğlu Robert Köçəriyan, Cəmilin oğlu Samvel  Karapetyan, Əkbərin oğlu Kamo Ağacanyan, yazıçı Aleksandr Şirvanzadə,  həmçinin müğənni Bako (Boris Davidyan) haqqında yazılarımı oxuduğunuzu düşünürəm. Sonuncu yazım isə məşhur Bakı ermənisi dünya şöhrətli  Harri Kasparovla bağlıydı. Ənənəmi davam etdirərək bu gün isə 1973 –cü ildə Azərbaycan SSR xalq artisti  fəxri adını almış Azərbaycan musiqi və  muğamları ilə dünyanın ən məşhur bəstəkarlarından birinə çevrilmiş Aram Xaçaturyanı araşdıracağıq.

Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Aram Xaçaturyan 1903- cü il 6 iyunda  Tiflis quberniyasının Qardabani rayonu Kojori kəndində anadan olub. Kitab cildləyən İlya (Yegiya) Xaçaturyan və Kumaş Sarkisovnanın ailəsində dördüncü oğlu olaraq doğulub.  
Yalaçı “fövqəl güc”...

Yeri gəlmişkən, bəstəkarın” fövqəl gücü” olduğunu şişirdən ermənilər yazırmış ki, guya onun anasının sözlərinə görə, körpə “paltarlı” doğulub. Onun adını ermənicə “mərhəmətli” mənasını verən Aram qoyublar.

O, uşaqlıqdan musiqini sevirdi, məktəbin xorunda fortepiano və  şeypur iştiak edir valideynləri onun musiqi hobbisini bəyənmədilər. Aram yalnız 19 yaşında ciddi şəkildə musiqi ilə məşğul ola bildi. 1921-ci ildə Aram Xaçaturyan bir qrup erməni gənci ilə birlikdə böyük qardaşı, teatr rejissoru Suren Xaçaturyanın yaşayıb işlədiyi Moskvaya gəlir. Aram Moskva Universitetinin 2-ci fizika-riyaziyyat fakültəsinin tələbəsi oldu, lakin bir il sonra universiteti tərk etdi və Qnessin Musiqi Kollecinə daxil oldu, burada violonçel və fortepiano oxudu, bəstəkarlıq dərsləri aldı. Mixail Qnesin diqqətini çəkdi və bu ona kömək etdi. Aram Xaçaturyan 1929-cu ildə kolleci bitirdi . Elə həmin illərdə Xaçaturyan həyatında ilk dəfə simfonik konsertdə olub və Bethoven və Raxmaninovun musiqisindən təsirlənərək “Skripka və fortepiano üçün rəqs” bəstəkarın ilk əsəri olub.
 
Plagiat-oğru Aram Xaçaturyan...
 
Ermənilərin sözlərinə görə, “peşəkar milli musiqinin əsasını” qoyanlardan biri (halbuki, məşhur musiqi mütəxəssisi A. Koroşşenko özünün “Şərq, daha çox Qafqaz musiqisi üzərində müşahidələr” əsərində yazırdı: “...ermənilərin özlərinin xalq musiqisi yoxdur”yazırdı) olan Aram Xaçaturyan öz “yaradıcılığında”bir çox hallarda məhz Azərbaycan xalq musiqisinə müraciət edib. Musiqi aləminə 1920-ci illərdə gələn bu adam bizim bəstəkar və xalq yaradıcılığımızdan sui-istifadə edərək özünə böyük şöhrət qazanıb.

Musiqi oğrusunun plagiatlığı məşhur sovet musiqi tənqidçisi Georgi Xubovun 1962-ci ildə yazdığı “Aram Xaçaturyan - Monoqrafiya” adlı kitabında da geniş qeyd olunub. Müəllif kitabın 434-cü səhifəsində yazıb ki, SSRİ-də məşhurlaşmış Aram Xaçaturyan əsasən Azərbaycan, özbək, tacik və başqırdların musiqisindən istifadə edib: “O, həmçinin türk musiqisini də mənimsəyib. Aramın anası bir çox Azərbaycan və gürcü mahnısı bilirdi və tez-tez oğlu üçün onları ifa edirdi. Xaçaturyan uşaqlığından Azərbaycan musiqisi ilə yetişib. Bu təəssüratlar onun musiqi təfəkkürünün əsaslarını müəyyənləşdirdi və Aramın bəstəkar duyumunu inkişaf etdirməsinə və musiqiçi kimi tanınmasına imkan yaratdı”.
 
Mənbələr musiqi oğrusu haqqında nə deyir?
 
Həmin kitab yazılan zaman hələ həyatda olan və 1978-ci ildə ölən Aram Xaçaturyan yazıçının bu fikirlərinə nəinki etiraz edib, əksinə, heç cınqırını da çıxarmayıb.

“İki sahil” qəzetində bir jurnalistin araşdırmasına nəzər yetirək: “Aram Xaçaturyanın bəstələdiyi simfonik poemanın Azərbaycanın Tovuz rayonundan olan Aşıq Mirzənin yaradıcılığından götürülməsinə dair təsdiqlənmiş faktlar çoxdur. 
Georgi Xubovun kitabının 112-ci səhifəsində yazılıb: “1937-ci ildə bəstəkar tərəfindən istedadlı Azərbaycan aşığı Mirzənin sözlərinə əsər yazılmış və təvazökarlıqla “Aşıq nəğməsi” adlandırılmışdır. Maraqlıdır ki, bu simfonik poemanın melodik xəttində və ritmik hərəkətin konturlarında Azərbaycan xalq musiqisinin, xüsusən də muğamların xarakterik melodiyalarını doğuran xüsusiyyətlər aydın şəkildə ortaya çıxır. Oxucular Aram Xaçaturyanın melodiyasını “Dügah dəstgahı” muğamının təsnifinin əvvəli ilə müqayisə etsələr, buna əmin ola bilərlər”.

Daha sonra jurnalist yazır:”Digər Sovet yazıçısı və ədəbiyyatşünası İrakli Andronikov da 1975-ci ildə dərc olunmuş “Seçilmiş əsərlər” kitabının ikinci cildində Aram Xaçaturyanın öz yaradıcılığında Azərbaycan və gürcü musiqisindən istifadə etməsi faktını qeyd edib: “Aram Xaçaturyanın “Qayane” baletində “Ləzginka” gürcülərindir, Azərbaycan ritmləri isə “Rəqs dəsti” və “Klarnet, skripka və fortepiano üçün trio”da müşahidə olunub. Azərbaycanın “Vağzalı”, “Uzundərə”, “Mirzəyi” və “Muşlu oğlan” kimi xalq mahnı və rəqslərini Aram Xaçaturyan ermənilərinki kimi qələmə verib”.
Qüdrətli Üzeyirin mədəni şəkildə otağından və Azərbaycandan qovduğu  bəstəkar
 
Qüdrətli bəstəkar Üzeyir Hacıbəyovun asistenti Zaxar Yakovleviç Stelnikin xatirələrində yazır:” Üzeyir Hacıbəyli nəhəng adam olub. Onun bəstəkar Aram Xaçaturyanı Azərbaycandan didərgin salmasının maraqlı tarixçəsi var. Bir gün Mərkəzi Komitədən tapşırıq gəlir ki, Aram Xaçaturyanın əsəri dinlənilsin və bədii şura onu qəbul edib təsdiqləsin. Professor-müəllim heyəti yığışıb Xaçaturyanın simfoniyasını dinləyir. Sonra adəti üzrə Üzeyir bəyin otağında müzakirələr başlayır. Hamı toplaşır. Xaçaturyanı baş tərəfdə oturdurlar. Üzeyir bəy sözə başlayır: “Belə, yoldaşlar! Əgər Çaykovskinin simfoniyasının ifası zamanı trombon bir çərək pauza qədər geciksə, bunu zalda oturan hər bir dinləyici dərhal hiss edər. Xaçaturyanın bu simfoniyasında isə trombonun nəinki gecikdiyini, ümumiyyətlə, çalğıya başladı, ya başlamadı, bunu tamaşaçı yox, heç müəllif özü də hiss etməz”.
 
Otağa dərin sükut çökür. Bu sükutu Xaçaturyanın addım səsləri pozur. O, portfelini götürüb heç nə demədən otaqdan çıxır. Bu, onun Azərbaycandan son gedişi olur... Bu azman insan – böyük Üzeyir bəy murdar erməniləri yaxşı tanıyırdı. . İclas bitir və oğurluğu faş olmuş, rəzil günə düşmüş Xaçaturyan bundan sonra   Azərbaycanı birdəfəlik tərk edir.
 
 
Niyə sonralar Xaçaturyanın oğurluqlarına  “dur”deyən olmur? Aramın dostları? 
 
Üzeyir Hacıbəylinin vəfatında  sonra erməni bəstəkar daha da həyasızlaşdı və muğamlarımız onun hədəfinə çevrildi. O dövrdə niyə digər bəstəkarlar da  Aramın bəstələrinə etiraz etməyib deyirsinizsə, hiyləgər, hərsözü məqsədli şəkildə işlətməyi erməni xislətinə uyğun olaraq bacaran Xaçaturyanın Azərbaycan bəstəkarı Qara Qarayev haqqında yazdıqlarına diqqət edək: "Mən dostum Qara Qarayevin yaradıcılığında onun insan həyatının ən başlıca dəyəri haqqında insani, fəlsəfi və dərin deyim və söyləmlərini olduqca yüksək qiymətləndirirəm. Onun melodik dilinin özümlüyü və zənginliyi, xalq melosundan çox incəkliklə faydalanma bacarığı, harmoniyalarının yeniliyi və saflığı, parlaq və kəskin qarşılaşdırmaları, polifonik səs hörmə ustalığı, orkestr çalarları məni sevindirir. O, həyatı dərk etməyi, kəskin qarşıdurmalarda geri çəkilməməyi bacarır, doğruculluğa və insanlığa can atır. O, hər an qaynar həyatdadır, çağdaşdır, qəlbi insanlar üçün, onların xoşbəxtliyi üçün hər zaman açıqdır". 

Hər kəlmədə iyrənc yaltaqlıqla  müşahidə olunan bu  sözlər və o dövrdə Mərkəzi Komitənin erməni sevgisi eyni zamanda  türkə qarşı düşmənçiliyi Xaçaturyanı daha çox həyasızlaşdırıb, daha çox xalqının xeyrinə “oğru” olmağa həvəsləndirib.

Xaçaturyanın böyük bəstəkar Fikrət Əmirovla da yaxın dost olduğu deyilir. Hətta Azərbaycanın əməkdar artisti, bəstəkar və skripkaçı Firhəng Hüseynov  ona “”mənim müəllimim” deməsinə baxmayaraq, Aram ona mənəvi oğlu kimi diqqət yetirib.

Oğurluq əsərlərlə dünyada tanındı
 
Hər zaman “ mən Azərbaycan aşığıyam” deyən A.Xaçaturyanın özünün isə belə bir etirafı olub: “Mən erkən uşaq yaşlarımdan çoxlu sayda erməni və Azərbaycan mahnılarını bilən anamın oxumağını eşitmişdim. Sonralar mənim musiqi zövqüm və biliklərim nə qədər dəyişsə və təkmilləşsə də, uşaqlıq dövrümdə xalq incəsənəti ilə canlı ünsiyyətdən qavradığım ilkin milli əsas sonrakı yaradıcılığım üçün təbii bir mənbə olaraq qalmışdır”.

Adı dünyanın “100 ən yaxşı bəstəkarı” siyahısında olan , ermənilər fəxr, qürur yeri olan oğru Aram  Xaçaturyandan sonra  Azərbaycan musiqisinə qarşı total erməni vandalizmi, erməni saxtakarlığı, erməni plagiatlığı, erməni özbaşınalığı azad və sərbəst bir şəkildə, heç bir maneə olmadan davam etməkdədir.

SSRİ xalq artisti, 4 dəfə Stalin mükafatı laureatı  Azərbaycanda olarkən özünü udin kimi qələmə versə də, ölərkən “mən həmişə erməni olmuşam, erməni olaraq da qalacağam “ yazmışdı.

1978-ci ildə vəfat edən  və ermənilərin “musiqisi”ni dünyaya tanıtmağı bacaran plagit-oğru, dünya şöhrətli Aram Xaçaturyan SSRİ xalq artisti və 4 dəfə Stalin mükafatçısı olub.
 
P.S. Bir erməni də beləcə, türk dünyasına açdığı savaşda qalib olaraq, xalqına böyük töhvələr qazandıra bildi.
 
Əntiqə Rəşid