Müğənninin fikri gənclər tərəfindən sevilməyib
Uzun zamandır efirlərdə görünməyən müğənni Yeganə Mürsəlova sükutu pozub.
Adalet.az xəbər verir ki, o,milli dəyərlərimizə söykənən toy adət-ənənələrindən söz açıb. Müğənni toyda gənclərin fikirlərinin soruşulmamasının tərəfdarı olduğunu bildirib:
“İndi toy edəndə bəzi ailələrdə övladların fikrinə önəm verilir. Sevinirəm ki, çox az ailədə toyu gənclər idarə edir. Az ailədə övladı dinləyirlər. Valideyn idarə edəndə toy möhtəşəm olur. Bu belə də olmalıdır. Amma gənclər edəndə saat 10: 00 olmamış bitir. Amma valideynlərin ixtiyarına veriləndə qəşəng keçir”.
Qeyd edək ki, müğənninin fikri sosial şəbəkədə gənclər tərəfindən birmənalı qarşılanmayıb.
Əntiqə