"Müharibə bitməlidir" - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski bu həftənin çərşənbə və cümə axşamı günlərinə planlaşdırılan yeni üçtərəfli görüşlərdən əvvəl danışıqlar qrupu ilə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Komandanın demək olar ki, bütün əsas üzvləri görüşdə iştirak edib: Rüstəm Umerov, Kirill Budanov, Sergey Kislitsyan, Andrey Hnatov və Aleksandr Bevz.
Görüş zamanı müzakirələrin əhatə dairəsi və danışıqların konkret məqsədləri razılaşdırılıb.
Ukrayna nümayəndə heyətinin Amerika tərəfi ilə ikitərəfli görüşləri də keçiriləcək. Zelenski qeyd edib ki, Ukrayna real addımlar atmağa hazırdır və ləyaqətli və davamlı sülhün bərqərar olmasının mümkün olduğuna inanır.
Onun sözlərinə görə, ABŞ ilə təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli sənəd artıq hazırdır: "Biz həmçinin ümid edirik ki, Amerika tərəfi dialoq üçün lazımi şəraitin təmin edilməsində qətiyyətli olmağa davam edə bilər. Ötən cümə axşamı başlayan gərginliyin azaldılması tədbirləri insanların danışıqlar prosesinə və onun mümkün nəticələrinə inamını gücləndirməyə kömək edir. Müharibə bitməlidir. Kömək edən hər kəsə təşəkkür edirik".
Digər Xəbərlər
03 Aprel 2026 16:51
İran rejimi məhv olanadək müharibə davam edəcək - Netanyahu
03 Aprel 2026 16:50
"Hörmüz boğazını asanlıqla aça bilərik"
03 Aprel 2026 16:31
Yaponiya tankeri də Hörmüz boğazını keçdi
03 Aprel 2026 10:30


Bakı -°C

