"Müharibə dayanandan sonra bütün köçkünlər bilirdilər ki..." - Prezident
"Hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir.Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində".
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocalı rayonunun Ballıca kəndinə köçən bir qrup sakinlə görüşdə deyib.
"İndi İkinci Qarabağ müharibəsindən dörd il keçibdir, baxın nə qədər böyük işlər görüldü, hər yerdə, təkcə Xocalı rayonunda yox. Halbuki Xocalı şəhərini bərpa etmək bizim ən başlıca borcumuz idi. Çünki müharibədən və işğaldan, Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşdur, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi. İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da dayanandan sonra yenə də bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik. Nəinki Xocalı, Xankəndi də, Ağdərə, Xocavənd və Əsgəran rayonları da işğalçılardan tam azad edildi. Yüzlərlə kənd artıq öz sahiblərini gözləyir".
Digər Xəbərlər
18 Sentyabr 2026 19:15
Paşinyan İlham Əliyevə təşəkkür edib
18 Sentyabr 2026 17:22
Rəsmi Bakıdan Fransaya - Çağırış
18 Sentyabr 2026 11:54
Azərbaycan xalqı cahildirmi?
18 Sentyabr 2026 11:41
Hikmət Hacıyev Almaniya səfiri ilə görüşdü
18 Sentyabr 2026 10:45
“Bununla Azərbaycan xalqının milli ideyası gerçəkləşdirildi...”
18 Sentyabr 2026 10:36
"Ermənistan və Azərbaycan tezliklə davamlı sülhə nail olacaqlar"
18 Sentyabr 2026 10:26
“Ermənistan cəmiyyəti bilməlidir ki, Qarabağ məsələsi bitib”
18 Sentyabr 2026 10:04


Bakı -°C

