10 Sentyabr 2022 11:04
2109
MƏMLƏKƏT

Müsəlman doğulub, bədbəxt olmaq: Aşağılayıcı hisslər, acılar, ağrılar.. 

Deməli, 2 aydır yağan yağışlar əhalisinin sayına görə dünyada 6-cı, sahəsinə görə 33-cü yerdə olan ən böyük müsəlman ölkəsi Pakistanın üçdə birinin su altında qoydu. Pakistan Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi hesabatında 14 İyun tarixində 1355 nəfərin həyatını itirdiyini, 12722 nəfərin isə yaralandığını açıqlayıb. Hesabatda 1 milyon 712 min 514 evin zərər gördüyünü, 750 mindən çox heyvanın tələf olduğu bildirilib. Hesabatda o da qeyd olunur ki, ölənlərin sayı tam deyil, çünki itkinlər haqqında hələ dəqiq məlumatlar yoxdu. Yəni güman var ki, 1355 nəfər son rəqəm olmaya bilər. Digər yandan isə daşqından sonra ölkənin ən böyük şirin su gölü olan Mançar artıq daşmaq üzrədir. Yəni yeni fəlakət, yeni ölüm və dağıntılar qapıdadır.

 


Sonra araşdırmağa başladım: Yaxşı böyük bir islam ölkəsi üçün böyük də bir bəla baş verdi, müsəlmanlar öldü. Buna o ərazilərdə mövcud olan neçə islam dövləti reaksiya verdi? Neçə islam ölkəsi müsəlman qardaşlarının kütləvi ölümü ilə bağlı matəm elan etdi? Təəssüf ki, heç bir müsəlman ölkəsinin 1355 müsəlmanın ölməsi vecinə də olmayıb. Hətta bir çoxu heç Pakistana başsağlığı da verməyib.

 

 

İndi xəbərlərdən oxuyuram ki, Böyük Britaniyanın 96 yaşında vəfat edən kraliçası II Yelizavetanın ölümü ilə bağlı 5 islam ölkəsində matəm elan edilib. Livan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveyt bayraqlarını endirib, təziyyələrini kraliçanın oğluna çatdırıb, sonra da 3 günlük matəm elan ediblər. Hətta İordaniya kralı II Abdullah daha çox kədərləndiyini Böyük Britaniya hökümətinə çatdırmaq üçün matəmin müddətini 7 günə qaldırıb. Niyə də qaldırmasın, anası ingilisdi axı...?!

Fotoğrafların Doğu Türkistan'daki Çin zulmünü gösterdiği iddiası


Sonra öz-özümə deyirəm ki, özünə müsəlman deyən həmin bu dövlətlərin başçıları müsəlman yoxe, adam olsaydılar 30 ildir kökləri kəsilmək məqsədi kütləvi surətdə dünyanın ən iyrənc işgəncə və ölümlərinə məruz qalan, deportasiya edilən, Çindəki uyğur müsəlmanlarını, Myanmanın cənub-qərbində yaşayan Arakan müsəlmanlarını müdafiə üçün dillərindən 1 kəlmə söz çıxarardılar.
Müsəlmanlığın mərkəzi, ən böyük dövlətləri bu beyində, bu düşüncədədirsə... Vallah adam az qalır müsəlman olmaqdan imtina etsin...
Ay müsəlmanlar, gözünüzə su verin, 30 ildir xac dünyasının ölkələri imkan vermirki, xaç Ermənistanından öz doğma yurdumuzu tam alaq...

 Acı təəssüflı: Əntiqə Rəşid