Myanmadakı zəlzələ nəticəsində 1 644 nəfər ölüb -YENİLƏNİB

Myanmada martın 28-də baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb.
Adalet.az xəbər verir ki, bu barədə Myanmanın Dövlət İdarə Şurası məlumat yayıb. Təbii fəlakət nəticəsində 3408 nəfər xəsarət alıb, 139 nəfər isə itkin hesab olunur. Dağıntı altında qalanların axtarış-xilasetmə işləri davam edir.
***
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb.
Adalet.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Myanma KİV-lərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Myanma hərbi xuntasının lideri baş general Min Aunq Hlaynq Mandalaya gedib. Ona şəhərdəki vəziyyət barədə məlumat verilib. Ona 1002 nəfərin öldüyü, daha 2 min 376 nəfərin yaralandığı bildirilib.
***
Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı kəskin artıb.
Adalet.az xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanlar 694 nəfərin həyatına son qoyub, 1 670 şəxs zəlzələ nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Martın 28-də qeydə alınan güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub.
***
Myanmada baş verən güclü nəticəsində ölənlərin sayı 144 nəfər çatıb.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, meyitlərin çoxu tikilən 34 mərtəbəli binanın dağıntıları altından çıxarılıb.
Ehtimal edilir ki, bina çökən zaman tikinti ərazisində 300-dən işçi olub.
*** 14:58
Myanmada baş verən güclü zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb.
Adalet.az xəbər verir ki, dağıntılar altında qalan insanların xilasetmə işləri davam edir.
Zəlzələ Myanmanın Taunqu şəhərində monastırın uçmasına səbəb olub, nəticədə beş köçkün uşaq həyatını itirib. Mandalay bölgəsindəki Şve Pho Şinq məscidində isə cümə namazı zamanı baş verən dağıntı nəticəsində ən azı 20 nəfər həlak olub.
Mandalaydakı tarixi Ava körpüsünün də zəlzələ zamanı dağıldığı, tarixi Mandalay sarayının isə zədələndiyi bildirilir.
*** 12:16
Myanmada 7,7 bal gücündə zəlzələ olub.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Araşdırmaları Mərkəzi məlumat yatıb.
Zəlzələ ölkənin mərkəzi hissəsində yerli vaxtla saat 12:10-da (Bakı vaxtı ilə saat 10:20-də) qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 30 km dərinlikdə olub.
Çinin seysmologiya mərkəzi zəlzələnin 7,9 bal gücündə olduğunu açıqlayıb.
Hələlik dağıntı və tələfat haqqında məlumat yoxdur.
Digər Xəbərlər

Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq - Tramp

NATO genişmiqyaslı aviasiya təlimlərinə başlayır

ABŞ lideri: Ukrayna heç vaxt NATO üzvü olmayacaq, Zelenski bunu anlayır

İran ABŞ ilə müharibəyə hazırlaşır

Şolts ABŞ liderinə xəbərdarlıq edib: Aİ vahid cəbhə ilə cavab verməyə hazırdır

İsrailli nazir: Qəzzalıların ən azı 40%-i anklavı tərk etmək istəyir

Zelenski və ailəsinin gəlirləri bəlli oldu
