Nağılvari film və ya “Sehrli xalat”- Əntiqə Kərimzadə yazır…

Azərbaycan kino tarixində özünəməxsus yer tutan filmlərdən biri də gənclərin və yeniyetmələrin həvəslə izlədiyi “Sehrli xalat” filmidir. Filmin qəhrəmanlarının həyat hekayələri, filmdə baş verən hadisələr və o məşhur “xalat”ı geyinərkən istifadə olunan kəlmələr əlbəttə, bir çoxlarımıza maraqlıdır.
Məşhur illüzionist İo Kionun köməyi ilə uşaqlar bir növ keçmişə və gələcəyə səyahət etməsi filmin əsas mövzusudur. Həmin “səyahət”də uşaqlar üçün yaşadıqları dövrdən çox, keçmiş və gələcək zaman maraqlı və təəccüblüdür. Filmin əsas qəhrəmanları öz yaşıdları arasında daha çox cəsarətli olan Rəşid və Zərifə olur. Filmdə yalnız bu iki məktəbli həmin “xalat”ı geyinərək keçmişə və gələcəyə səyahət etməkdən qorxmurlar.
Onlar uşaq yaşlarında filmə çəkilsələr də aktyor kimi təhsil almırlar. Zərifə (Solmaz Hətəmova) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Rəşid (Azər Qurbanov) isə Azərbaycan Milli Konservatoriyasının məzunu olmağı seçir. Zərifə həyatını müəllim kimi davam etsə də, Rəşid vətəndən uzağa- ABŞ-yə üz tutur və ömrünün sonuna qədər orada yaşayır.
Filmin məkan seçimləri də olduqca fərqli təbiətə malik yerlərdir. Bu da zaman dəyişikliyi yaratmaq üçün mühüm amillərdən biridir. Bakının Maştağa kəndi, İçərişəhər, İsmayıllı rayon Cülyan kəndi, Belarusiyanın paytaxtı Minsk şəhəri filmin çəklişləri üçün uyğun seçilmiş məkanlar idi.

Filmin maraqlı anlarından biri də uşaqların “xalat”ı geyinərkən səsləndirdiyi sözlərdir. Hansı ki, sovet uşaqları o kəlmələri ilk dəfə eşidirdilər. Həmin sözlər Sanskrit dilinə mənsub sözlərdir. Sanskrit dünyanın ən qədim dillərindən biridir. “Sehrli xalat”ın tilsiminin sözləri də məhz bu dildəndir:
“Amaravati” Svarqanın paytaxtıdır. Bəzi mənbələrdə “ölümsüzlər diyarı” kimi tərcümə olunaraq “cənnət” mənasında da işlənir. “Çandrika” Çandra hinduizmdə ay tanrısıdır. Sözün özü tam formada “ay işığı”, “ay parıltısı” mənalarını verir. “Kintamani” çintamani buddizm və hinduizmdə sahibinin bütün arzularını yerinə yetirən sehrli daş və ya kristaldır.“Ayravana” tanrı İndranın ağ filinin adıdır, bəzən “Ayravata” kimi də işlənir. “İşvara” tanrı deməkdir. “Çitrakuta” Hindistanın Madhya-Pradeş ştatında hinduist ziyarətgahıdır. Adı “çox möcüzələr təpəsi” kimi tərcümə olunur. Bu saydığımız 6 söz filmdə sanki zamanları idarə edir. Yəni, cəsarətli pionerlər (məktəblilər) bu sözlərlə həmin “xalat”ı idarə edirlər.
Film boyu pionerlərin “köməyinə çatan” bu “xalat” Xanın onu geyinməsi ilə öz tilsimini itirir. Və məşhur sehrbaz İo Kio həmin sözlərlə yenidən “xalata” “nəfəs verir”. Və beləlikə Rəşid və Zərifə gələcəyə gedirlər. Filmdə keçmişi və gələcəyi görən məktəblilər gördükləri hər şeyi öz yaşıdlarına anlatmağa çalışırlar. Ancaq bütün bunların bir illüziya olduğunu hələ də bilmirdilər… Onlar yaşadıqları nağıl kimi həyatdan qopub, reallığı görmək istəmirdilər. Bəlkə xanın yaşadığı bir dövrün gözəlliyi ilə, müasir texnikaların olduğu zamanı birşləşdirmək xəyalı da ağıllarında dolaşırdı…Ancaq bütün bunların hamısını bir “Sehrli xalat”la etmək mümkün deyildi…
Digər Xəbərlər
22 Oktyabr 2025 17:00 “Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - FOTO
22 Oktyabr 2025 16:19 Zəfər haqqında növbəti tamaşa
22 Oktyabr 2025 11:10 İstanbul Avropanın ən populyar şəhər istiqamətləri arasında - FOTOLAR
21 Oktyabr 2025 12:50 Bakı Xoreoqrafiya Akademiyasının müəllimlərinin yubiley konserti keçirilib
20 Oktyabr 2025 09:52 Məsmə Aslanqızı: “Bilərəkdən ya bilməyərəkdən etdiyin bir günahın varsa…”
19 Oktyabr 2025 16:33 Leyla Əliyeva “Q Gallery Berlin”dən paylaşım etdi - VİDEO
18 Oktyabr 2025 12:47 Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR
18 Oktyabr 2025 08:55 

Bakı -°C 






