adalet.az header logo
  • Bakı -°C
05 Yanvar 2026 22:03
230
ŞOU-BİZNES
A- A+

Namiq Məna qızının ailəsi ilə qəzaya düşməsindən DANIŞDI

Meyxana ustası Namiq Məna 2 gün əvvəl Qubada qızının ailəsi ilə birlikdə qəzaya düşməsindən danışıb.

Adalet.az xəbər verir ki, hadisənin təfərrüatlarından meyxanaçı "Xəzər axşamı" verilişinə telefon bağlantısı zamanı bəhs edib:

"Təbiət hadisələrindən heç kim sığortalanmayıb. Qubada həmin vaxt yer buz idi. Kürəkənim səriştəsizliyindən maşını aşırtdı. Çox şükür olsun ki, xəsarət alan olmadı, Allah saxladı. Nəvəmin 12 yaşı var. Həmin an Qubanın təbiətini lentə almaq istəyirdi. Təsadüfdən həmin qəza da kadrlara düşdü. Ciddi xəsarət almayıblar. Quba sakinlərinə təşəkkür edirəm ki, hadisə baş verəndə yardım gəliblər. Bunu mən heç vaxt unutmaram. Şükür olsun ki, böyük bir faciədən qurtulduq". (Axşam.az)