Narkotik vasitələrin təsiri altında maşın sürən 10 sürücü saxlanıldı
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 10 sürücü saxlanılıb.
Tibbi müayinə zamanı onların marixuana, heroin və psixotrop maddə olan metamfetamin qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub.
Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Digər Xəbərlər
16 Mart 2026 16:35
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
16 Mart 2026 13:06
Təqaüdçülərin kartlarını talayan şəxs tutuldu
16 Mart 2026 11:35
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
14 Mart 2026 15:04


Bakı -°C

