Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edildi
Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı “Qazel” markalı avtomobilin sürücüsü Rövşən Vahidov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, yoxlama zamanı R.Vahidovun narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından sürücü tibbi müayinədən keçirilib.
Nəticədə onun narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyənləşib.
Həmçinin, şəxsi axtarış zamanı əvvəllər də dəfələrlə məhkum olunmuş R.Vahidovdan marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
25 Iyun 2026 13:11
Bakıda dəniz sahilində su polisi əməliyyat keçirdi - Saxlanılan var
24 Iyun 2026 10:31
“Jurnalist-bloqer” həbs edildi - 10-dan çox şikayətçi var
22 Iyun 2026 11:19
Oğurluqla məşğul olan motosikletçi tutuldu - VİDEO
20 Iyun 2026 12:52


Bakı -°C

