Paşinyan parlamentin yeni sədr namizədini açıqladı
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin iclasında keçirilən müzakirə və qapalı gizli səsvermə nəticəsində Ruben Rubinyan Milli Məclisin sədri vəzifəsinə namizəd seçilib.
Adalet.az xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.
Məlumata görə, iclasdan sonra jurnalistlərə açıqlama verən Ermənistanın Baş naziri və “Vətəndaş Müqaviləsi” Partiyasının sədri Nikol Paşinyan səsvermənin nəticələrini təsdiqləyib.
Qeyd edək ki, hazırda Ermənistan parlamentinin spikeri vəzifəsini 2021-ci ildən bəri Alen Simonyan icra edir.
Onu da bildirək ki, Ruben Rubinyan bundan əvvəl parlament sədrinin müavini vəzifəsini icra edib və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsidir.
Digər Xəbərlər
25 Iyun 2026 18:56
Ərdoğan yenidən prezidentliyə namizəd olacaq
25 Iyun 2026 13:20
Paşinyan: Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq
25 Iyun 2026 11:54
"Ukraynayla razılaşmanın prinsipial şərtləri var"
25 Iyun 2026 10:59


Bakı -°C

