Narkotikin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıldı

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən R.Abbasov və K.Piriyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, tibbi müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub.
Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə R.Abbasov və K.Piriyev 15 sutka inzibati qaydada həbs edilib.
Digər Xəbərlər

Qukasyan qondarma rejimin “büdcə”sinin Ermənistan tərəfindən formalaşdırıldığını etiraf etdi

Beynəlxalq axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edildi

Bakıda silah-sursat aşkarlandı
