Narkotikin təsiri ilə avtobusu sürən şəxs həbs olunub - VİDEO
Sumqayıtda narkotik vasitənin təsiri altında sərnişin avtobusu idarə edən sürücü həbs olunub.
DİN-dən Adalet.az-a verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Sonuncu tədbir nəticəsində şəhər ərazisində 123 saylı marşrut xətti üzrə hərəkət edən 50-AF-276 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edən sürücü Şahin İbrahimovun narkotik maddə qəbul etdiyi barədə şübhə yarandığından o, yol polisləri tərəfindən saxlanılaraq tibbi müayinəyə aparılıb.
Müayinə zamanı Ş.İbrahimovun narkotik maddə qəbul etdiyi müəyyən olunub. Onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Ş.İbrahimov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.
Digər Xəbərlər
08 Noyabr 2025 13:02
Necati Arabacı yenidən həbs edildi
07 Noyabr 2025 16:34
Tiktoker Cəsarət Cavadov 60 sutkalıq həbs olundu
07 Noyabr 2025 13:27
Məşhur tiktoker və blogerlər saxlanıldı - Kiberpolisdən əməliyyat - VİDEO
07 Noyabr 2025 11:38
Polis 4,3 kq narkotik aşkarlayıb
07 Noyabr 2025 11:29
Tbilisidə azərbaycanlı gənclərin döyülməsinə görə daha bir nəfər saxlanıldı
07 Noyabr 2025 10:26
Cinayətdə şübhəli bilinən 31 nəfər saxlanıldı
05 Noyabr 2025 18:24
Marketdən siqaret və içki oğurlayan keçmiş məhkum saxlanıldı
05 Noyabr 2025 16:28


Bakı -°C

