Narkotiklə dolu avtomobili evakuatorun üzərində Bakıya gətirmək istədilər - VİDEO
Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəbəkə üzvləri ifşa ediliblər. Yardımlı rayonu ərazisində keçirilən əməliyyat tədbirləri zamanı 60 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 38 yaşlı Ruslan Novruzov saxlanılıb. Ona məxsus avtomobilin yük yerinə baxış zamanı 60 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla müəyyən olunub ki, R.Novruzov yük yerində külli miqdarda narkotik vasitə olan avtomobilini diqqət çəkməmək məqsədilə paytaxt ərazisinə evakuator xidməti göstərən nəqliyyat vasitəsinin platformasında çatdırmağı planlaşdırıb. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə narkotik maddələrin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi və dövriyyəsində həmin şəxslə əlbir olan Ramil Fərziyev, Pərviz Miranov və qohumu Höccət Miranov da saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
08 Dekabr 2025 10:15
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı
07 Dekabr 2025 16:42
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanıldı
06 Dekabr 2025 20:20
Məhkəmə Tulin Ələkbərova ilə bağlı həbs qərarı verdi
06 Dekabr 2025 12:36
Külli miqdarda dərmanın ölkəyə gətirilməsinin qarşısı alındı
05 Dekabr 2025 16:11
DİN və AQTA birgə tədbir keçirdi - 1 tondan artıq yararsız at əti aşkar olundu - VİDEO
05 Dekabr 2025 10:04
Tulin Ələkbərova tələbəsi ilə birlikdə saxlanıldı
04 Dekabr 2025 20:07
Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı uğurla alındı - BİRGƏ MƏLUMAT
04 Dekabr 2025 18:36


Bakı -°C

