NATO zatən "odla oynamaq" üçün yaradılmış hərbi alyansdır. Yarandığı gündən dünyanın hər hansı bir nöqtəsində qan tökülürsə, NATO ya ordadır, ya da bu qanın tökülməsində mütləq əli vardır.
Avropa yüngüldə olsa təlaş içindədir. Rusiya prezidenti Vladimir Pitinin yeni nüvə doktrinasını imzalaması, ardınca da yeni ortamənzilli raketini birbaşa nümayişyana şəkildə Ukrayna ilə döyüş meydanında sınaqdan keçirməsi, istər-istəməz onlarda şok-terapiya effekti yaradıb.
Lakin, deyəsən NATO-nun geri addım atmaq niyyəti yoxdur, ya da ki, Rusiyanın xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhnəri Mariya Zaxarovanın sözləriylə ifadə etsək,"yeni doktrinanı sonacan oxumayıblar".
Şimali Atlantika Alyansının Hərbi komitəsinin rəhbəri admiral Roba Bauer bəyan edib ki, "NATO hərbi münaqişə zəminində Rusiyaya yüksək dəqiqlikli priventiv zərbələr endirmək məsələsi müzakirə olunur".
Bauer bir az da irəli gedərək qeyd edib ki, alyans müdafiə strategiyasında dəyişiklik edib: "Əslində, gözləmək lazım deyil, Rusiyanın atış qurğularını məhv etməliyik".
Beləliklə görünən odur ki, NATO-nun aylardı ağızdolusu, Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə həll olunmasından dəm vurması boş qazan qapağının səs-küyündən başqa bir şey deyilmiş.
Açıq-aydın görünür ki, NATO ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın rəsmi olaraq vəzifəsinin icrasına başlamasına qədər, vəziyyəti elə qarışdırmaq istəyir ki, Tramp tezliklə münaqişəni dayandırscağı ilə bağlı vəd etdiyi sülh pıanını həyata keçirə bilməsin.
Təbii ki, Donald Tramp da yaxşı bilir ki, Bayden komandası Rusiya-Ukrayna münasibətlərini elə bir hala gətirib çıxarıb ki, hər hansı sülh planının həyata keçirilməsi mümkün deyil. O, ən azından tökülən qanların, dağılan şəhər və kəndlərin qarşısının alınması üçün atəşun daysndırılmasına nail olmaq istəyir.
Hazırda 1000 gündən artıqdı davam edən qanll müharibə həm Ukraynanı, həm də Rusiyanı bezdirib əldən salmaqdadır. İna görə də, hır iki dövlətin başçıları digər məsələlərdə razılığa gələ bilməsələr də, atəşin dayandırılması məsələsundə razılığa gələ bilərlər. Təbii ki, NATO imkan versə...