NATO qoşunlarını İraqdan çıxarır
NATO Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda öz kontingentini İraqdan müvəqqəti çıxarır.
Adalet.az AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın güc strukturlarının iki nümayəndəsi bildirib.
"İraq hökuməti ilə heç bir fikir ayrılığı yoxdur. Bu, qoşunların müvəqqəti çıxarılmasıdır. Onlar yaranmış vəziyyətdən narahatdırlar", - nümayəndələrdən biri qeyd edib.
Digər mənbə qeyd edib ki, NATO missiyası az sayda hərbçi istisna olmaqla İraqı tamamilə tərk edib.
Öz növbəsində, NATO nümayəndəsi isə bəyan edib ki, alyans İraqdakı missiyasına "dəyişiklik"lər edir.
Missiyanın qərargahı Bağdadın "yaşıl zona"sındakı hərbi bazada, müharibənin başlanğıcından bəri dəfələrlə atəşə tutulan ABŞ səfirliyinin yaxınlığında yerləşir.
Digər Xəbərlər
20 Mart 2026 20:00
Kim Çen In bu dəfə tanka mindi
20 Mart 2026 19:34
Xamenei: İranın çökməsini gözləyənlər yanıldı
20 Mart 2026 19:32
Ərdoğan: Bölgədəki münaqişələrə çıxış yolu axtarırıq
20 Mart 2026 19:26
Tramp NATO ölkələrini qorxaq adlandırdı
20 Mart 2026 18:22
"Azərbaycanla bağladığımız müharibənin qapılarını açmağa çalışırlar" - Paşinyan
20 Mart 2026 18:18
"İran ballistik raketlər istehsal edə bilməyəcək" - Netanyahu
20 Mart 2026 18:16
İncirlik bazasında həyəcan siqnalı - Türkiyə MN-dən açıqlama
20 Mart 2026 17:00


Bakı -°C

