Tramp NATO ölkələrini qorxaq adlandırdı
ABŞ və İsrailin hücumlarına cavab olaraq İran Körfəz ölkələrindəki ABŞ bazalarına zərbələr endirib və Hörmüz boğazını bağlayıb. Bu vəziyyət bütün dünyaya mənfi təsir göstərib, xüsusən də Brent markalı neftin qiymətinin artmasına səbəb olub.
Adalet.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranın bağladığı Hörmüz boğazını yenidən açmaq üçün digər ölkələrin köməyinə ehtiyacı olduğunu bildirib.
ABŞ prezidenti bildirib ki, "Biz İranla sövdələşmə apardıq, amma Hörmüz boğazı üçün köməyə ehtiyacımız var. Bir çox ölkə yolda olduğunu bildirib".
NATO-nun baş katibi Mark Rutte isə ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı mesajlarından sonra NATO-nun Hörmüz məsələsi üzərində işlədiyini açıqlayıb:
"Biz Hörmüz üçün çalışırıq. Müttəfiqlər Hörmüz boğazının yenidən açılması ilə bağlı danışıqlar aparırlar".
ABŞ prezidenti Donald Tramp bu gün NATO-nu hədəf alan yeni bir açıqlama verib. O, "Truth Social"da "NATO ABŞ-sız kağız pələngdir! Onlar nüvə enerjisinə malik İranı dayandırmaq üçün mübarizəyə qoşulmaq istəmədilər", - mesajını yayımlayıb.
Amerika liderinin bu açıqlaması dünya mediasının diqqətini çəkib.
Digər Xəbərlər
20 Mart 2026 20:00
Kim Çen In bu dəfə tanka mindi
20 Mart 2026 19:34
Xamenei: İranın çökməsini gözləyənlər yanıldı
20 Mart 2026 19:32
Ərdoğan: Bölgədəki münaqişələrə çıxış yolu axtarırıq
20 Mart 2026 19:30
NATO qoşunlarını İraqdan çıxarır
20 Mart 2026 18:22
"Azərbaycanla bağladığımız müharibənin qapılarını açmağa çalışırlar" - Paşinyan
20 Mart 2026 18:18
"İran ballistik raketlər istehsal edə bilməyəcək" - Netanyahu
20 Mart 2026 18:16
İncirlik bazasında həyəcan siqnalı - Türkiyə MN-dən açıqlama
20 Mart 2026 17:00


Bakı -°C

