NATO RUSİYA İLƏ MÜHARİBƏYƏ HAZIRLAŞIR
Rusiya ilə gipotetik müharibənin mümkünlüyünü nəzərə alaraq Almaniyaya yüzlərlə hərbi texnika göndərməyi planlaşdırır. Bu barədə ABŞ -ın Quru qoşunları komandanı, general-leytenant Ralf Vuddissə istinadən The Times qəzeti yazır.
Bu fonda London da Almaniyada, Keniyada və Omanda üç yeni hərbi baza yaratmaq istəyir. "xüsusilə Almaniyaya diqqət ayırırıq və ora çoxsaylı zirehli texnika göndəmək niyyətindəyik" - deyə bildirən hərbiçi, əlavə edib ki, hərbi texnikanın göndərilməsini sadələşdirmək üçün La-Manş boğazından istifadə ediləcək.
Onun sözlərinə görə, yeni hərbi bazalar müasirləşdirilmiş Challenger tankları, zirehli Boxer transportyorları, Ajax hərbi maşınları, arteleriya qurğuları və minalardan təmizləmə avadanlıqları ilə təhciz olunacaq.
Rusiya ilə müharibənin mümkünlüyü nəzərə alınaraq, 250 nəfərdən ibarət briqada da bu bazaya gpndəriləcək.
Rusiya tərəfi isə növbəti dəfə bildirir ki, Moskvanın aqressiv planları yoxdur və heç kimə hücum etməyə hazırlaşmır.
Rüstəm Hacıyev
Digər Xəbərlər
22 Sentyabr 2026 12:32
Dubay Əmirinin qardaşı öldü - 10 günlük matəm elan edildi
22 Sentyabr 2026 11:43
"TRUMP TV" fəaliyyətə başladı
22 Sentyabr 2026 11:38
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vurulub - VİDEO
22 Sentyabr 2026 11:20
Ərdoğandan BMT ilə bağlı mühüm təklif: Veto hüququ ləğv edilsin
22 Sentyabr 2026 10:40
Kobaxidze və Ərdoğan görüşdü
22 Sentyabr 2026 09:51
Körfəz ölkələri üçün 10 milyardlıq plan - Yarısını ABŞ verəcək
22 Sentyabr 2026 09:45
BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır - Quterreş üçün son iclas
21 Sentyabr 2026 23:57


Bakı -°C

