23 Dekabr 2024 09:44
88
DÜNYA

NATO Rusiya ilə mümkün qarşıdurmaya hazırlaşır

Böyük Britaniyanın Telegraf mətbu orqanı bildirir ki, Şimali Atlantika Alyansı, Rusiya ilə mümkün müharibəyə hazırlıq məqsədiylə, Rusiya imperiyasının vaxtı ilə layihələşdirdiyi Rail Baltica  dəmir yolu infrastrukturunu işə salmağı planlaşdırır. 

Məqalə müəlifləri yazırlar ki, Rail Baltica dəmir yolu, Avropanın mərkəzindən tez bir zamanda Rusiya sərhədlərinə, hərbi qüvvə, hərbi texnikanın çatdırılmasına köməklik edər.  Kommunikasiya layihəsinin qiymətləndirilməsi şöbəsinin rəhbəri Priyta Pruula bildirib ki, bu dəmir yolu sayəsində, daşınmaların müddəti 7 gündən 24 saata qədər endirilə bilər.

 Rudəsiya imperiyası dövründə layihələşdirilmiş Rail Baltica layihəsi Litva, Latviya, Estoniya və mərkəzi Avropa ölkələrindən keçməli imiş. SSRİ dağılandan sonra bu layihənin həyata keçirilməsinə cəhd edilmişdi.

Rusiya xarici işlər nazirliyi bəyan edib ki, NATO bu hərəkətləriylə, Rusiyaya qarşı real qarşıdurmsya hazırlaşlr və Moskva bu faktoru mütləq özünün hərbi planlaşdırılmasında nəzərə alacaq.

 Rusiyanın xarici sitasət idarəsi dəfələrlə NATO-nun aqressiv hərəkətlərə can atdığı barədə alyansa xəbərdarlıq edib.

 Rüstəm Hacıyev