Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.
Adalet.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov 2024-cü il avqustun 12-də “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında” Qərar imzalayıb.
Qərara əsasən, 2024-cü il avqust ayının 12-dən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılır.
Növbədənkənar sessiyanın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələlər daxil edilib.
Digər Xəbərlər
12 Avqust 2024 18:35
Seçkilərlə əlaqədar yerli müşahidəçilərin sayı açıqlandı
12 Avqust 2024 18:02Naxçıvanda təşviqatın aparılması üçün ayrılan yerlərin SİYAHISI
12 Avqust 2024 17:36Siyasi partiyalar neçə namizədlə seçkidə iştirak edəcək? - TAM SİYAHI
12 Avqust 2024 17:00Aqil Abbas Minəxorlu kəndində seçicilərlə görüş keçirib - FOTOLAR
12 Avqust 2024 16:29